azia.az
azia.az

Bakı Ali Neft Məktəbi ilə ACCA arasında Memorandum imzalandı

19-09-2023, 08:28


 

Azia.az media-SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə ACCA (the Association of Chartered Certified Accountants - Sertifikatlı İctimai Mühasiblər Assosiasiyası) arasında Anlaşma Memorandumu imzalanıb

Sənədi BANM-in rektoru Elmar Qasımov və “ACCA Türkiyə”nin Türkiyə, Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Filiz Demiröz imzalayıblar. 

Anlaşma Memorandumu çərçivəsində ACCA Bakı Ali Neft Məktəbi ilə bir neçə istiqamətdə əməkdaşlıq edəcək. Sənəddə ACCA-nın peşəkar inkişaf və öyrənmə resurslarından istifadə, qlobal əməkdaşlığı təşviq etmək üçün birgə strategiyalar və marketinq kampaniyalarının hazırlanması, kvalifikasiya, ACCA-X, magistratura proqramı və digər müvafiq təlimlər haqqında anlaşma və məlumatlılığı təşviq etmək üçün birgə məşğulluq və təbliğat işlərinin aparılması, tələbələrə mühasibat və maliyyə sahəsində uğurlu karyera qurulmasında kömək etmək üçün onların təlim və inkişafını dəstəkləyən birgə tərəfdaşlıq proqramlarının hazırlanması, bacarıq artırılma təşəbbüsləri vasitəsilə tələbələrin məşğulluğunun artırılması nəzərdə tutulur. 

ACCA peşəkar mühasiblərin qlobal birliyidir. ACCA mühasibat uçotu, maliyyə və menecment sahələrində karyera qurmaq istəyən insanlar üçün biznes mühitinə müvafiq namizədlərin ilkin seçimi olan ixtisas dərəcəsidir.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi