"Ali təhsil müəssisələrinə qəbul prosesi sadələşdirilməlidir" - Günel Səfərova
Son zamanlar Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya daha çox şagird yerdəyişməsi ilə bağlı müraciətlər daxil olur.
Bunu Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib.
Onun sözlərinə görə, burada bir neçə xüsusi məqam var:
"Şagirdlər 9-10 cu siniflərdə yerdəyişmə edirlər və əksər hallarda bu hazırlıqlara getmək və dərslərdə faktiki olmamağa bağlıdır. Təbiii ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi elektron yerdəyişmə, konkret qiymətləndirmə amillərini nəzərə alıb individual yanaşmanı təmin etməyə çalışır. Sadə dillə desək kim hansı məqsədlə yerdəyişmə etdiyini aydınlaşdıra bilir.
Amma son zamanlar uşaqların ailələrindən uzaqlaşıb nənə, baba ilə yaşaması və icmasından ayrılmaq istəmə səbəbi hazırlıqların məbləği ilə əlaqələndirilir. Yenə sadə dillə desək valideynin hazırlıqlara daha az maliyyə xərcləməsi üçün uşaq regiona qohumlarının yanına gedir".
Şura sədri hesab edir ki, ali təhsil müəssisələrinə qəbul prosesinini sadələşdirməyə ehtiyac var.
"Ali təhsilə biz növbəti pillə kimi yanaşmalıyıq. Qəbulu yaşam uğrunda survivora çevirmək uşaqların rifahına uyğun deyil", - deyə Günel Səfərova vurğulayıb.
Həmidə İBRAHİMLİ