İntim görüntüləri ilə şantaj olunan Ucar rayonu, Alpoud kənd Şirvan Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimov vəzifəsindən azad edilib.
Bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, ötən gün mediada Ucar rayonu Alpout kənd Ş.Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimovla bağlı qeyri-etik videogörüntülər yayımlanıb:
"Məsələ ilə bağlı araşdırma aparılıb və sözügedən məktəbin direktoru tutduğu vəzifədən azad edilib”.