İcra nümayəndəsi özünü doğrayan direktorla bağlı AÇIQLAMA verdi
Xəbər verdiyimiz kimi, Siyəzən rayonunun Beşdam kənd məktəbinin direktoru intihara cəhd edib.
Özünə xəsarət yetirən məktəb direktoru səhər saatlarında Siyəzən Müalicə- Dioqnostika Mərkəzinə çatdırılıb.
Mərkəzdən verilən məlumata görə, Beşdam kənd sakini, 62 yaşlı Sərvət Qəribağa oğlu Əlizadə bu səhər sol saidin aşağı 1/3 kəsilmiş yarası diaqnozu ilə mərkəzə gətirilib və ona ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Məsələ ilə bağlı danışan Siyəzən rayon Beşdam kənd icra nümayəndəsi Sənan Ağayev direktorun məktəbdə intihara cəhd etdiyini deyib:
“Səbəbini bilmirik, istintaq araşdırır. Səhər məktəbdə intihar edib, özünə xəsarət yetirib, amma hansı səbəbdən olduğu məlum deyil”.cebheinfo
Günay Şahmar