azia.az
azia.az

Məktəblərdə mühafizəçilərin sayı artırılmalıdır” — Deputatdan TƏKLİF

14-10-2022, 12:02

“Təəssüf ki, son zamanlar narkotik vasitələrin məktəblilər arasında da yayılmasına cəhdlərin olduğunu görürük. Qeyd etmək istəyirəm ki, orta məktəb yaşlarından insanları narkotik aludəçiliyə cəlb etmək cəmiyyətin genefondun məhv edilməsi deməkdir. Ona görə də uşaqların, o cümlədən məktəblilərin bu bəladan qorunması üçün görülən tədbirlər daha ciddiləşdirilməlidir. Sual olunur ki, məktəblərdə valideynlər öz şəxsi büdcələri hesabına qoruma tədbirləri görə bilməsi üçün şərait yaradılmalıdırmı? Belə bir sualın cavabı təbii ki, yoxdur. Çünki, orta məktəblər dövlət müəssisələridir və dövlət müəsisələrdə görülməli bütün tədbirləri dövlət büdcəsi hesabına görülməlidir. Bunun üçün hesab edirəm ki, məktəblərin qorunmasını daha ciddi şəkildə təşkil olunmalıdır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat təklif edib ki, məktəblərin sinif otaqları, gizli yerləri kameralarla təchiz olunmalı və müəsisənin müdiriyyəti tərəfindən fasiləsiz nəzarəti həyata keçirə bilməsi üçün şərait yaradılmalıdır. 

“Təklif edirəm ki, şagird kontingenti çox olan məktəblərdə mühafizəçilərin sayı artırılmalıdır ki, müəsisənin bütün ərazisində baş verən prosesləri müşahidə altında saxlaya bilsin. Qeyd etdiyim qoruma tədbirləri güclənərsə, hesab edirəm ki, məktəblərdə narkotik vasitələrin yayılması kimi xoşagəlməz halların qarşısının alınmasına, o cümlədən nizam-intizamın güclənməsinə müsbət təsir göstərər. Valideynlər isə valideyn komitələri çərçivəsində müzakirələr apara və öz övladların tərbiyyəsində və pis vərdişlərdən qorunmasında iştirak edə bilərlər. Çünki, hər bir uşaq cəmi 6-7 saat məktəbdə olursa, 16 saat valideyn nəzarətində olur. Ona görə də, uşaqların tərbiyəsində və pis vərdişlərə qurşanmasında ancaq məktəbi günahkar hesab etmək olmaz. Burada uşaqlar daha çox valideynin nəzarəti altında olduğundan valideynlər də hərə öz övladının gələcəyini düşünməli, əxlaqlı və tərbiyəli vətəndaş kimi böyüməsində heç də məktəbdən az məsuliyyət daşımamalıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi