azia.az
azia.az

Naxçıvandakı iməciliklərlə bağlı SƏS YAZISI YAYILIB - "Deputatın "zapravka"sının qabağı..."

4-09-2022, 23:40


Naxçıvanda keçirilən iməciliklərlə bağlı səs yazısı yayılıb.
Naxçıvandakı iməciliklərlə bağlı SƏS YAZISI YAYILIB - "Deputatın "zapravka"sının qabağı..."
AZİNFORM.AZ xəbər verir ki, səs yazısını jurnalist İlkin Muradov özünün sosial şəbəkə hesabında yayıb.

Səs yazısında iməciliklərlə bağlı “səlahiyyətli şəxs”in məktəb direktorlarına verdiyi “təlimatlar” əks olunub.

Belə ki, “səlahiyyətli şəxs” bütün məktəblərin kollektivinə şənbə iməciliyi ilə bağlı xəbərdarlıq edir və gətirməli olduqları avadanlıqlar barədə məlumatlanıdırır.

Gətirilməli olan avadanlıqlara elektrikli otbiçənlər, vedrə, şotka, yaba və s. daxildir.

Qeyd edilir ki, heç kim bəhanə tapmasın və gətirsin. Amma bir məktəbə güzəşt olunur ki, elektrikli otbiçən yox, qayçı gətirsin. Çünki ötən iməcilikdə elektrikli otbiçən gətiribmiş.

Səs yazısında diqqət çəkən digər bir məqam isə müəllimlərin “iməcilik yeri” kimi “deputat Musa”nın “zapravka”sının qabağının göstərilməsidir.

Səs yazısını təqdim edirik:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi