azia.az
azia.az

Azərbaycan təhsilində olimpiada biabırçılığı: 88 ölkə arasında 69-cu yer...

16-08-2022, 08:12



İndoneziyada keçirilən 34-cü Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizin nəticələri qənaətbəxş olmayıb.

Xəbər verilir ki, bu haqda xəbəri Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, millət vəkili Etibar Əliyev yayıb. O, bildirib ki, ən yüksək nəticə göstərən şagirdimiz Müasir Lisey Təhsil Kompleksinin şagirdi Səid Nəsibov 163 balla bürünc medal qazanıb. “Bu dəyərli şagirdimiz etiraf edir ki, özü sərbəst hazırlaşıb. Digər şagirdlərimiz 600 baldan 92, 56, 22 bal toplayıb.

Keçən ilin nəticələri: Əziz Hüseynov 213, Səid Nəsibov 195 balla bürünc medal qazanıblar. Digər 2 şagirdimiz 195, 174 bal toplayıb.
Azərbaycan təhsilində olimpiada biabırçılığı: 88 ölkə arasında 69-cu yer...
2020-ci ildə bürünc medalçılarımız 303, 272 və 239 bal toplayıb.

Qaydalar həm də sadədir. Medallar Ümumi iştirakçıların 50 faizinə verilir”.

E. Əliyev bildirib ki, bu il keçirilən Olimpiadaya yeni qoşulan ölkələr olduğundan bir bürünc medal qazana bilmişik:

“Olimpiada Mərkəzinin yaradıldığı Riyaziyyat- İnformatika liseyinin şagirdlərinin nəticələri acınacaqlıdır. Bu layihəni də puç elədilər. Fuad Qarayev və Muxtar Məmmədov mifi karton evcik kimi dağıldı. Milyonlar hara xərclənib? Digər bir neçə ölkənin nəticələri məni xeyli düşündürdü.

Ukrayna şagirdlər 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanmaqla 8-ci yeri tutublar.

Gürcüstan 1 gümüş, 2 bürünc.

Qırğızıstan 3 bürünc, 1 həvəsləndirici.

Beləliklə, Azərbaycan 88 ölkə arasında 69-cu yerdə;

İran 9-cu yerdə;

Türkiyə 18-ci yerdə;

Qazaxıstan 23-cü yerdə;

Gürcüstan 33-cü yerdə

Qırğızıstan 37-ci yerdə.

Bədnam qonşularımızın bizdən kəskin şəkildə öndə olması isə yalnız əsəb yaradır. Bu gedişlə İnformasiya Texnologiyaları sahəsində mütəxəssis hazırlamaqda bədgüman olaraq qalacağıq.

Bu sahəyə cavabdeh adamlar təcili kənarlaşdırılmalıdırlar. Qalib ölkənin imicinə zərbə vurmayın. İstedadlı uşaqların potensialını artırmağı bacarmırsınızsa, çəkilin bu yoldan!”.“Yeni Sabah”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi