azia.az
azia.az

Hansı uşaqlar məktəbə hazırlığa gedə bilməz?

18-08-2016, 16:07

Hansı uşaqlar məktəbə hazırlığa gedə bilməz?Avqustun 15-dən orta məktəblərdə sənəd qəbulu başlayır
Yeni tədris ilinin başlamasına artıq 1 aydan da az vaxt qalıb. 2010-cu ilin sentyabrından etibarən prezidentin fərmanına uyğun olaraq məktəbə gedəcək olan birincilər ilk öncə məktəbə hazırlıq proqramı keçirlər. “Məktəbə hazırlığın təşkili” qaydalarına əsaəsn uşaqlar həm fiziki, həm psixoloji, həm sosial, həm də intellektual cəhətdən məktəbə hazırlanmalıdırlar.

Məktəbə hazırlığın təşkili üçün aşağıdakı tələblər qoyulur:

• məktəb təliminə hazırlanan uşaqların psixoloji və psixofizioloji xüsusiyyətlərinin öyrənilməsi;
• məktəbəqədər yaşlı uşaqların müvəffəqiyyətli təhsil və tərbiyəsinin təşkili əsaslarının müəyyənləşdirilməsi;
• gələcək birinci sinif şagirdlərinin şəxsi keyfiyyətlərinin aşkara çıxarılması;
• uşaqların inkişafının izlənilməsi üçün müşahidə gündəliklərinin aparılması;
• istedadlı uşaqların aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi məqsədi ilə hər bir uşağın fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində müvafiq işlərin aparılması;
• uşağın məktəb təliminə hazırlığı zamanı hər şeydən əvvəl onun aşağıdakıları əhatə edən fiziki, şəxsiyyətyönümlü, intellektual və sosial hazırlığı nəzərdə tutulmalıdır:gələcək birinci sinif şagirdlərinin şəxsi keyfiyyətlərinin aşkara çıxarılması;
• uşaqların inkişafının izlənilməsi üçün müşahidə gündəliklərinin aparılması;
• istedadlı uşaqların aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi məqsədi ilə hər bir uşağın fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində müvafiq işlərin aparılması;

Balacaların məktəbə qəbul olunması üçün onlar qarşısına bir neçə tələblər qoyulur. Bu tələblər uşaqların fiziki, sosial, psixoloji və intellektual inkişafı ilə bağlı olur: “Fiziki hazırlığa uşağın sağlamlığının vəziyyəti, orqanizminin morfofunksional yetişkənliyi; hərəki fəaliyyətin, xüsusilə xırda motorikanın koordinasiyasının inkişafı; fiziki və əqli qabiliyyətin inkişafı aid edilir. Şəxsiyyətyönümlü hazırlıq isə müstəqillik, məsuliyyətlilik, fəallılıq, təşəbbüskarlıq; başqasını dinləmək və öz hərəkətlərini onunla razılaşdırmağı bacarmaq; müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmağı bacarmaq; ünsiyyətin, özünüqiymətləndirmənin formalaşması fonunda qiymətləndirilir. intellektual hazırlıq dedikdə isə obrazlı təfəkkürün, təxəyyülün, yaradıcılığın, məntiqi təfəkkürün inkişafı;

idrakı fəaliyyət vasitələrinə (müqayisə etmə, analiz, klassifikasiya, ümumiləşdirmə), ana dilinə və nitqin əsas formalarına (dialoq, monoloq), digər spesifik uşaq fəaliyyəti növlərinin daxilində təlim elementlərinə (quraşdırma, rəsm, yapma və müxtəlif oyunlar) yiyələnmək; prosesləri (obyektləri) müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq, əlamətlərinə görə ayırmaq, nəticə çıxarmağı bacarmaq nəzərdə tutulur. sosial hazırlığa isə yüksək əxlaqi təsəvvürlərin və vətəndaşlıq hisslərinin (vətənpərvərlik, humanistlik, digər millətlərə hörmət) inkişafı; böyüklərlə və yaşıdları ilə ünsiyyətin qurulmasında yüksək mədəni davranış qaydalarının mənimsənilməsi; öz hərəkətlərində əxlaq normalarının rəhbər tutulması və onlara riayət olunması aid edilir”.

Azərbaycanın orta məktəblərində 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq qrupları açılacaq. Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov deyib ki, Nazirlər Kabinetinin “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” qərarında nəzərdə tutulduğu kimi bu proses müəyyən mərhələlərlə həyata keçiriləcək. Onun sözlərinə görə, hədəf 2020-ci ilə qədər uşaqların məktəbə hazırlıqla əhatə dairəsini 90 faizə çatdırmaqdır. Bunun vaxtında verilən qərar olduğunu deyən şöbə müdiri qeyd edib ki, bu proses təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək: “Çünki qərar ibtidai təhsilə yönəlib və məktəbə hazırlığın təşkili ibtidai təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək. Eyni zamanda, təhsil qanunu da əsas prinsiplərindən biri kimi ibtidai təhsildə uşaqların bərabər şəraitdə təhsil almasına şərait yaradır. Bununla bağlı işlər görüləcək və müəyyən təşkilatı işlər aparılacaq”.

A.Əhmədov vurğulayıb ki, bu qərar ilk olaraq 2011-ci ildə doğulan və hazırda 5 yaşı olan uşaqlara şamil olunacaq. Bununla bağlı statistik göstəricilərin olduğunu deyən şöbə müdirinin sözlərinə görə, rayonlara müəyyən tapşırıqlar verilib və ilk mərhələdə qrupların hansı məktəblərdə təşkil olunacağı, hansı müəllimlərin dərs keçəcəyi müəyyənləşdirilib: "Ortaya çıxan suallardan biri də ondan ibarətdir ki, bu məktəbəqədər müəssisələr məktəbə hazırlıq qruplarına təsir edəcəkmi? Qətiyyən etməyəcək və proses paralel olaraq gedəcək. Məktəbəqədər qruplar bütün uşaqları əhatə etmək iqtidarında deyildi. Amma hökumətin qərarı ilə artıq məktəblərdə dövlət büdcəsinin vəsaiti hesabına təşkil ediləcək məktəbə hazırlıq qrupları şagirdlərin əhatə dairəsinin genişlənməsinə şərait yaradacaq. Bütün ölkəni əhatə edəcək bu qruplar Azərbaycan və rus bölməsində olacaq"

Aysel İsgəndərli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi