Deputatın həyat yoldaşına vəzifə verildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinat olub. Xəbər verilir ki, İdarənin İnkişaf layihələri sektorunun müdiri vəzifəsinə Günay Qurbanova təyin olunub.
Qeyd edək ki, G.Qurbanova Milli Məclisin deputatı Sadiq Qurbanovun həyat yoldaşıdır.
O, Bakı şəhər İcra Hakimiyyətindəki vəzifəsindən bu ilin iyun ayının 3-də istefa verib. Günay Qurbanova 16 gün işsiz qaldıqdan sonra yeni vəzifəyə təyin edilib.