azia.az
azia.az

Rektor BMU-nu özəlləşdirib? - İLGİNC FAKTLAR

1-07-2022, 10:35

Rektor BMU-nu özəlləşdirib? - İLGİNC FAKTLAR
İki gün öncə sərnişini olduğum taksi şoferi Havar Məmmədovdan danışanda dəhşətə gəldim.
Sən demə, taksi şoferi Havar Məmmədovun 16 il rektor olduğu Azərbaycan Texniki Universitetinin tələbəsi olub.
Taksi şoferi dedi ki, yaxşı ixtisasım var idi, elektrotexnika...amma Havar Məmmədov bizi oxumağa qoymadı.
Belə ki, semestrdə 3 almaq 30 manat, 4 almaq 40 manat və 5 almaq 50 manat....
Və yazıq şofer danışırdı ki, bizim tələbələrin çoxu belə rüşvətlə oxuyur, ona görə də bu gün “taksovatlıq” edirəm.
Kimdir bu Havar Məmmədov..?
Bu adamın keçmişi, bu günü nəçidir ?
2000-2016-cı illərdə, yəni 16 il Azərbaycan Texniki Universitetinə rəhbərlik etmiş Havar Məmmədovun Bakı Mühəndislik Universitetinə ( keçmiş Qafqaz Universiteti ) rektor təyin olunması təhsil tariximizə ironiyadır.
Niyə ?
Ondan başlayaq ki, Fətullah Gülən, FETO məsələsini bir kənara qoysaq ( bu siyasi məsələdir ), Qafqaz Universiteti Azərbaycanın təhsil tarixində ən səviyyəli, ən nümunəvi təhsil ocağı idi.
( Kimin şübhəsi varsa, buyurub Qafqaz Universiteti ilə bağlı dövlət rəhbərlərimizin, nazirlərimizin dediyi fikirlərin videosuna baxa bilərlər).
Bəli, bircə faktı deyək.
Sabiq təhsil naziri Misir Mərdanov öz çıxışında dedi ki, Qafqaz Universitetinin rektoru Əhməd Sanıç Qurana and içdi ki, universitetdə rüşvət olmayacaq.
İndi təsəvvür edin ki, belə bir universitetə Havar Məmmədovu rektor təyin edirlər.
Bəli, vaxtilə Havar Məmmədov ATU-nun idman zalını it boğuşduranlara icarə verərək hər ay xeyli pul qazanırdı.
Amma Qafqaz universitetinin rüşvətdən uzaq, yüksək təhsil ocağı olmasına kimsənin şübhəsi də yoxdur.
Bəli, biz də razıyıq ki, Türkiyədə yaşanan olaylardan sonra Azərbaycanda da Fətullah Gülənə yaxın təhsil müəssisəsi olan Qafqaz Universitetinin fəaliyyətinə birdəfəlik xitam verildi.
Əlbəttə, qardaş Türkiyənin istəyinə də anlayışla yanaşmalı idik. Bunlar hamısı normal. Amma...
Əmması odur ki, 1 manat rüşvətin olmadığı universitetə 16 il Texniki Universiteti sanki, rüşvət yuvasına, bazara çevirən Havar Məmmədovu rektor qoymaq...çox dəhşətli məsələdir. Bu elə bil “bazarkom”u mənəvi-təlim-tərbiyə ocağına rəhbər qoymaqdır.
Axı, əslində əslən İmişlidən olan Havar Məmmədov heç vaxt elm adamı olmayıb, daha çox “komsorq”, “partkom”, təlimatçı-instruktor kimi fəaliyyət göstərib. Belə bir adamı nəinki Qafqaz Universitetinə, hətta Texniki Universitetə də rektor qoymaq olmazdı.
Bəli, Qafqaz Universiteti ləğv olunanda bir müddət Bakı Ali Neft Məktəbinin tabeçiliyində oldu ( bu daha məqsədə uyğun idi ), sonra necə oldusa, ayrıca universitetə çevrildi – Bakı Mühəndislik Universiteti, rektoru isə Havar Məmmədov oldu.
Nə isə...4 ildir ki, Havar Məmmədov BMU-ya rəhbərlik edir.
Biz əbəs yerə yazmadıq ki, Havar Məmmədovu nəinki rektor təyin etmək, əksinə onu istintaqa cəlb edib əməllərinə görə layiq olduğu cəzanı vermək lazım idi.
Bəli, Havar Məmmədov Texniki Universitetdə axşam və qiyabi təhsil üzrə prorektor olanda tələbələrin hesabına nələr qazanmadı?
16 il il ATU-da rektor olduğu müddətdə milyonlar qazanıb, oliqarxa çevrildi.
Təsəvvür edirsiniz rektorun marketləri var. Adama deyərlər ki, rektor hara, market hara ?
Bu adamdan soruşan yoxdur ki, Xocahəsəndəki dəmir beton zavodunu hansı pulla almısan ?
Bəs 4 milyonluq villanı necə?
Əlbəttə, universitetin təmirinə ayrılmış pulların hesabına Novxanıda özünə villa tikdirdin.
Bəlkə Heydər Əliyev Məscidinin yaxınlığında, “milyonçular məhəlləsi” deyilən ərazidəki 6 milyon dəyəri olan 3 mərtəbəli villanın hesabını soruşaq ?
Bax, istintaq Havar Məmmədovdan bunları soruşmalıdır .
Qarşi tərəfin fikirlərini dərc etməyə hazırıq.


Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi