67 müəllimi işdən çıxardığı deyilən kollec direktoru danışdı: "Məhkəməyə müraciət edənlərə iş təklif olunub, amma..."
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecin 67 müəlliminin işdən çıxarılması ilə bağlı qalmaqal səngimək bilmir. Mətbuatda yayılan məlumata görə kollecin direktoru Nərminə Qaralovanın əmri ilə çıxarılan müəllimlər 8 aydan çoxdur nə yeni işlə təmin oluna bilirlər, nə də öz yerlərinə qaytarılırlar. Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, 5-i isə şöbə müdirləri olduğu bildirilir. Məlumatda həmçinin qeyd olunur ki,
Məsələ ilə bağlı Binəqədi Rayon və Apelyasiya məhkəmələrində 12 məhkəmə prosesi keçirilib.
Direktor Nərminə Qaralova bununla bağlı sosial şəbəkədə açıqlama yayıb. O qeyd edib ki, yayılan məlumatlar yanlışdır:
"Təəsüflər olsun ki, kollec haqqında yenidən yalnış məlumatlar paylaşılır. Bunu şəxsi müstəviyə çəkib, müxtəlif don geyindirirlər. Əvvəla qeyd etmək istəyirik ki, 67 nəfərin işdən azad edilməsi haqqında xəbərin heç bir əsası olmadığı haqda rəsmi açıqlama verilmişdir.
Xəbər başlıqlarınıza diqqət edin. Bildiyimə görə qarşı tərəfin mövqeyini öyrənmək jurnalistin peşə borcudur.
Hazırda da məhkəmə prosesləri gedir. Qeyd edək ki, məhkəməyə verən 4 şöbə müdirindən biri paralel olaraq gedən başqa bir məhkə işində dələduzluqla 6 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdir. Xatırladaq ki, məhkəməyə verən bütün əməkdaşlara alternativ işlər təklif olunub, onlar razılaşmadıqları üçün məhkəməyə müraciət ediblər. Qeyd edək ki, işdən azad olunan qeyri ixtisası üzrə 250 saat dərs yükü ilə çalışan müəlliməyə ixtisası üzrə 500 saat təklif olunsa da, imtina etmiş, məhkəməyə müraciət etmişdir. Lakin sonda iddiasını geri çəkərək, yenidən tərəfimizdən işlə təmin olunmuşdur.
Ümumi 10 məhkəmə işi olmuş,biri qeyd etdiyimiz kimi iddia ərizəsini geri götürmüş, 5 məhkəmə xeyrimizə qərar çıxarmışdır. Məhkəmə işləri davam edir.
Kollecin fəaliyyətinə gəlincə, hər şey göz qabağındadır.
Bütün sualları rəsmi olaraq kollecin səhifəsinə göndərə və cavab ala bilərsiz.
Hazırda şəfaf şəkildə aralıq və dövlət imtahanları gedir. Bütün müəllim və tələbələrimizə uğurlar arzu edirik".
Xalidə Gəray