azia.az
azia.az

Təhsil Nazirliyi: Özəl bağçaların yaradılması imkanından geri çəkilməməliyik

14-03-2016, 12:38

Təhsil Nazirliyi: Özəl bağçaların yaradılması imkanından geri çəkilməməliyik Azərbaycanda uşaqların məktəbə hazırlıq təhsilinə cəlb göstəricisi 2020-ci ilə qədər 90 faizə çatdırılmalıdır.
Bunu Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, hazırda ölkədə uşaqların məkətəbəqədər təhsilə cəlb faizi digər ölkələrə nisbətən aşağıdır.
Nazirlik rəsmisi qeyd edib ki, təhsilin keyfiyyətinin artırılmasında, xüsusilə də ibtidai təhsilin hamı üçün əlçatan olması və keyfiyyətinin səmərəliliyinin yüksəldilməsində məktəbə hazırlıq təhsilinin əhəmiyyəti müstəsnalıq kəsb edir: "Ona görə də bu məsələ ciddi şəkildə gündəmdə olmalıdır. Uzun müddət məktəqədər təhsili eyni format əsasında qurmuşuq, başqa növlərə ciddi diqqət yetirilməyib. Bölgələrdə və ucqar kəndlərdə məktəqədər təhsil müəssisələrinin hazırlığı lazım olan səviyyədə təşkil edilə bilmir. Ona görə də qanunda ayrı-ayrı məktəbəqədər təhsil növlərinin təsbit olunması çox vacibdir və bunun təşkili mexanizmləri göstərilməlidir. Elə kəndlər var ki, orada məktəbəqədər təhsil müəssisəsinə cəlb olunan uşaqların sayı elə də çox deyil. Bunun üçün ayrı bir müəssisə yaratmaq və buna maddi vəsait ayırmaq ehtiyac da yoxdur”.
A.Əliyev deyib ki, özəl bağçaların yaradılması imkanından geri çəkilməməliyik: “Buna rəvac verməliyik. Çünki məktəbəqədər təhsil müəssisəsinin olması üçün tək bina şəraitinin olması lazım deyil. Həmin binanın içərisində də təsdiq olunmuş standartlara uyğun iş getməlidir. Amma ayrı-ayrı imkanlı şəxslər var ki, belə müəssisələr üçün müvafiq bina inşa edirlər. Təbii ki, həmin müəssisələr üçün də lisenziya alınmalıdır. Ona görə də belə bir məsələ ilə bağlı qanunda məhdudiyyət qoyulmamalıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi