azia.az
azia.az

Ən yüksək bal toplayanları siz də tanıyın - Fotolar

18-06-2022, 07:18

Ən yüksək bal toplayanları siz də tanıyın - Fotolar
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə iyunun 4-5-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib. Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib. IV ixtisas qrupunda isə ikinci mərhələdə maksimum nəticə qeydə alınmayıb.

Maksimum nəticə göstərən məzunların bir qismini təqdim edilir:

Bakı şəhər 111 nömrəli məktəbin məzunu Qurbanov Fuad Polad oğlu

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi Əbdürrəhman Kazımov




Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin məzunu Leyla Eynullazadə

Biləsuvar şəhər internat orta məktəbinin məzunu Aysel Rəhimli



İsmayıllı şəhər 5 saylı tam orta məktəbin məzunu Aydınov Aydın Simran oğlu



Abşeron rayonu Saray qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Elnur Mərdiyev



Bakı şəhəri 258 nömrəli məktəbin məzunu Fərid Quliyev

Bakı şəhəri 53 nömrəli məktəbin yetirməsi Aslanlı Zakir Zaur oğlu



Qəbələ şəhər 1 saylı orta məktəbin məzunu Natiq Məmmədov



IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Bakı şəhər 125 saylı orta məktəbinin məzunu göstərib. Bu, Ağazadə Nigar Əhədulla qızıdır.



Bunlardan başqa, Bakı şəhər Kimya-Biologiya Təmayüllü Liseyin məzunu da maksimum nəticə əldə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi