azia.az
azia.az

Şəhidin oxuduğu məktəbdə DƏHŞƏT saçan görüntülər - VİDEO

15-06-2022, 10:46

Şəhidin oxuduğu məktəbdə DƏHŞƏT saçan görüntülər - VİDEO
Azərbaycan təhsili nəinki aşağı səviyyədə, hətta yerlə bir olduğu barəsində hər gün hamı deyir, hamı yazır. Amma, görünür, deyilənlərdən nəticə çıxaran bircə müəssisə belə yoxdur. Çünki, ən vacib sahənin məhvə doğru getməsindən narahat olan rəhbər yoxdur.

Bütün gün "filan məktəbin müəllimləri Emin Əmrullayevə müraciət ünvanlayıb", "filan valideyin Təhsil Nazirliyinə müraciət ünvanlayıb", "Təhsil nazirinin bundan xəbəri yoxdurmu", "Emin Əmrullayev bunları görmürmü" başlığı altında müxtəlif medialarda, müxtəlif məlumatlar dərc edilir.

Maraqlıdır, görəsən həqiqətən də Təhsil naziri Emin Əmrullayev bunları görmür?

Bu qədər problemlərin içərisində Lənkəranın ucqar dağ kəndindəki müəllimənin fəaliyyətini görüb, selfi çəkdirmək üçün bu boyda yolu qət edən nazir, yolüstü dəfələrlə ünvanına müraciətlər göndərən Lerik rayonuna, Yardımlı rayonuna da ayaqüstü dəyib, yazılanları gözləri ilə görə bilərdi, görmədi. Bəlli ki, maraqlı olmayıb.

Qanıyla tarix yazan qəhrəman - FOTO

"DogruXeber.az" redaksiyasına müraciət ünvanlayan Yardımlı rayon Avun kənd sakinləri kəndin şəhidi - qanı bahasına 9 medal, 1 bayraq ordeni qazanmış qəhrəman Cəfərli Cəfər Babacəfər oğlunun oxuduğu orta məktəbin bərbad vəziyyətdə olmasından gileyləniblər. Eyni zamanda, sözügedən məktəbin videogörüntülərini göndəriblər ki, bunu da aşağıda sizə təqdim etmişik. Siz də gözlərinizlə görün o məktəbin hansı vəziyyətdə olduğunu. Əgər sakinlər bizə o binanın məktəb binası olduğunu deməsəydilər, inanın ki, bunu bilmək bizim üçün çox çətin olacaqdı. Cadar-cadar olmuş divarlar, təhlükə saçan tavanlar və döşəmələri görəndə adamı vahimə bürüyür. Hər gün bir kəndin onlarla körpəsinin təhsil almaq üçün üz tutduqları bu bina, həm də onların həyatı üçün təhlükə mənbəyidir.

Amma, nə yazıq ki, bunu nə rayon rəhbərliyi görür, nə də Təhsil.
naziri. Şəhid Cəfərin qardaşı, eyni zamanda sözügedən məktəbin müəllimi Elnur Cəfərov bildirir ki, müraciət etmədiyi qurum qalmayıb. Özü də dəfələrlə...

Rayon rəhbərliyi desən, cavabını bəri başdan təxmin etmək mümkündür. Deyəcəklər təhsilin İcra Hakimiyyətinə aidiyyatı yoxdur. Halbuki, rayonda fəaliyyət göstərən bütün sahələrin İcra Hakimiyyəti ilə bağlılıqlarını həbs edilən icra başçılarının əməlləri ifşa edilərkən hamımız gördük. Biz Yardımlı rayon İcra Hakimiyyəti də bu cür fəaliyyət göstərir demirik. Deyirik ki, hazırda vəzifə başında olan rayon rəhbərlərinin əksəriyyəti bu cür çalışır ki, bunu da zamanı gəldiyində özləri və ortaqları etiraf edəcək.
Əlqərəz...




Gördüyünüz kimi, məktəb binasının bərbad vəziyyətdə olması azmış kimi, sakinlər tərəfindən abadlaşdırılmış həyətindəki çiçəklər də mal-qaraya yem olub.

İndi Yardımlı rayon Avun kənd orta məktəbinin müəllimlərini və övladı orada təhsil alan sakinlərini bir sual düşündürür - "Dərdimizi kimə deyək?"

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Şəhidin oxuduğu məktəbdə DƏHŞƏT saçan görüntülər - VİDEO
Şəhidin oxuduğu məktəbdə DƏHŞƏT saçan görüntülər - VİDEO
Şəhidin oxuduğu məktəbdə DƏHŞƏT saçan görüntülər - VİDEO
Şəhidin oxuduğu məktəbdə DƏHŞƏT saçan görüntülər - VİDEO
Şəhidin oxuduğu məktəbdə DƏHŞƏT saçan görüntülər - VİDEO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi