azia.az
azia.az

Daha bir vəzifəli şəxs HƏBS YOLUNDA - İDDİA

17-05-2022, 11:25

Daha bir vəzifəli şəxs HƏBS YOLUNDA - İDDİA
Bərdənin icra hakimiyyətinin başçısı Vidadi İsayevə yaxın olan məktəb direktorunun həbsi gözlənilir. Söhbət Bərdə şəhər 4 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Aysel Yusif qızı Bayxanovadan gedir.

Aysel Bayxanova haqqında indiyədək dəfələrlə mətbuatda müxtəlif xəbərlər yayılıb. Həmin xəbərlərdə məktəb direktorunun qanunsuz fəaliyyətindən bəhs edilir.

Məktəb direktoru medianın diqqətinə həm də rayonda tikdirdiyi obyektlər, bahalı evləri, sürdüyü bahalı maşınlar və Bərdənin icra başçısı Vidadi İsayevin hər vəchlə onu himayə etməsi ilə gündəmə gəlmişdi.
Aysel Bayxanova haqqında elə direktoru olduğu məktəbin işçilərindən tərəfindən müxtəlif vəzifə pozuntuları ilə bağlı hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər edilmişdir. Onun icra başçısı tərəfindən himayə edilməsinə baxmayaraq, mətbuatdan dərc edilən yazılardan sonra prokurorluq hərəkətə keçib.

Belə ki, Aysel Bayxanova haqqında Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalara başlanılıb.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi