azia.az
azia.az

"Anar Qədiməliyev kimi bir uşağın əlində aciz qalmışam..." - Əməkdar müəllim Prezidentdən KÖMƏK İSTƏDİ

16-05-2022, 10:29

"Anar Qədiməliyev kimi bir uşağın əlində aciz qalmışam..." - Əməkdar müəllim Prezidentdən KÖMƏK İSTƏDİ
Azərbaycan Respublikasının Əməkdar müəllimi, 8 şeir kitabının müəllifi, Prezident mükafatçısı, "Qızıl Qələm" mükafatı laureatı, Gəncə şəhər Veteranlar Şurasının üzvü, Azərbaycan Yazıçılar, Jurnalistlər və Aşıqlar birliyinin üzvü Həsənov İlham Musa oğlu ölkə rəhbərliyinə növbəti müraciətini ünvanlayıb. Bir nüsxəsi də daxil olan müraciətdə deyilir:

"Çox hörmətli cənab Prezident! Mən Gəncə və Gəncəbasarda tanınmış adamam, tanınmış ziyalıyam, tanınmış sadiq Heydər ƏIliyevçiyəm, YAP yaradıcılarından biriyəm, şairəm, əməkdar müəlliməm və bütün işıqlı və şüurlu həyatımı bu dövlətə, dövlətçiliyə həsr etmişəm. Amma bu gün yaşımın ən dəyərli parlaq vaxtında çöldə qalmışam. Elə ona görə indi hamı mənə gülür. Ancaq Heydər Əliyevə söyən, siz cənab prezident İlham Əliyevin əleyhinə işləyən təpədən dırnağa sorosçu olan, YAP və dövlətə əks təxribat aparan, bilə bilə əsgərlik xidmətindən boyun qaçıran, ixtisasca Kənd Təsərrüfatı işçisi, əslində xalqa və millətə düşmən kəsilən, təhsildən, məktəbdən xəbəri olmayan, Emin Əmrillayevin əmri ilə düşünülmüş formada Gəncə şəhər Regional Təhsilə müdir təyin olunan Anar Qədiməliyev kimi bir uşağın əlində heç nədən aciz qalmışam. Ancaq əfsuslar olsun ki, nə YAP, nə də dövlət məni müdafiə etmir, mənim hüquqlarımı qorumur. Bu nə deməkdir? Onda mənə yaxşı bir yol göstərin. Əgər günahım varsa, mənim bəri başdan güllələnməyimə fərman verin, bir cana borcluyam. Ölüm canım qurtarsın. Çünki, sizə 36 müraciət yazmışam, heç birinə cavab gəlməyib. Artıq səbr kasam dolub, əsəbdən ürək xəstəliyi tapmışam. Mənə qəribə gələn odur ki, bu dövlət qurumları görəsən nə düşünürlər. Bunlara görə belə çıxır ki, mən səhv etmişəm. Daha düşünmürlər ki, ay yazıqlar, ay bədbəxtlər, ay nadanlar Heydər Əliyevdən bir daha gəlməyəcək. Gələcək nəsil bundan nə ibrət dərsi götürəcək, bax qorxulu, təhlükəlidə budur. Mən isə əqidəmdən dönən deyiləm. Emin Əmrullayev, Anar Qədiməliyev, Orxan Abbasov tarix qarşısında ən başlıcası ALLAH qaşısında cavab verəcəklər. Bəhram İmranov kimilərinin isə iç üzü açılıb ifşa olanacaqlar. Prezident aparatının bir qrup məsul şəxslərinin “üzü ağ” olsun. Heydər Əliyevin onlara verdiyi çörək haram olsun. Onu bilirəm ki, ədalət gec tez qalib gələcək. Cənab Prezident özü hərşeyi tənzimləyəcək. Belə gedə bilməz. Mən imkan verə bilmərəm ki, gözlərim görə-görə bunlar Heydər Əliyevin qurduğu dövləti dağıtsın və məhv etsinlər".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi