Emin Əmrullayev kurikulumla bağlı ƏMR VERDİ
Tam orta təhsil səviyyəsinin təmayül sinifləri üçün fənn kurikulumları təsdiq edilib.
Azia.az xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Məqsəd tam orta təhsil səviyyəsinin təmayül siniflərində tədris prosesinin səmərəli təşkilini təmin etməkdir.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.