“Səhifəmi özüm idarə edirəm, şərhləri də oxuyuram” - Emin Əmrullayev
“Hazırda əlavə hobbi ilə məşğul olmaq üçün boş vaxtım, demək olar, azdır. Boş vaxtlarımda idmanla məşğul oluram”.![]()
Xəbər verilir ki, bunu təhsil naziri Emin Əmrullayev “ASAN Radio”da yayımlanan “QəbuldASAN” verilişində deyib.
Nazir qeyd edib ki, üzgüçülük, qaçış və digər idman növləri ilə məşğul olur: “Feysbukdakı səhifəmi özüm idarə edirəm. Şərhləri də oxuyuram, uzaq məsafədə olanda həmkarlarımdan dəstək alıram. Azərbaycan muğamlarını çox sevirəm. Ağaxan Abdullayev ən çox sevdiyim xanəndədir”.