azia.az
azia.az

“Hansı dünyada yaşayırıq ki, qızlar üçün ayrıca məktəb olsun?!” - Deputatdan ETİRAZ

26-04-2022, 11:35

“Hansı dünyada yaşayırıq ki, qızlar üçün ayrıca məktəb olsun?!” - Deputatdan ETİRAZ
“Hansı dünyada yaşayırıq ki, qızlar üçün ayrıca məktəb olsun?! Əksinə, belə olan halda, narazılıq çoxalar, qısqanclıq arta bilər. Oğlanlarla qızlar arasında müəyyən ünsiyyət olmalıdır, qapalı saxlamaqla iş həll olmur. Biz İran və ya Əfqanıstanda deyil, sivil Azərbaycanda yaşayırıq. Ayrıca qızlar kollecinin açılması nəyə faydalıdır ki?!” DİA.AZ xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Eldar Quliyev deyib.

Deputat qeyd edib ki, qız övladlarının oğlanlarla oxumasını istəməyən ailələrin tərbiyəsi ilə məşğul olmaq lazımdır: “Nardarandan, Maştağadan o tərəfəsi yoxdur ki, yəni heç oralarda bu cür qadağa qoymurlar. Biz niyə geri germəliyik ki?! Azərbaycan inkişaf etməlidir, camaatın uşaqları Avropada və ya Amerikada təhsil alır. Biz uşaqlarımızı sıxmaqla nəyə nail olacağıq? Onsuz da canında olan varsa, fərqi yoxdur. Yaxşı yaxşıdır, tərbiyəli tərbiyəlidir... Qeyrət, namus, ismət varsa, heç bir problem yaranmaz. Bu mənada, valideynlərin tərbiyəsindən çox şey asılıdır”.

Qeyd: Milli Məclisin deputatı Fazil Mustafa qızlar üçün ayrıca kollecin yaradılmasını təklif edib.

“Belə olan halda, qızlar həyata daha hazır yetişirlər, ixtisasları, dili öyrənirlər… Qızların oğlanlarla birgə oxuması modeli də qalmalıdır. Amma kimsə ənənəvi modeldən qaçırsa, bu modeldən istifadə edə bilər. Bir daha deyirəm, bu qızlar cəmiyyətə hazırlanırlar” – F.Mustafa qeyd edib.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi