azia.az
azia.az

Nazirlikdən qurbağa ilə dərsdə təcrübə keçirilməsi görüntülərinə REAKSİYA

12-04-2022, 22:43

Nazirlikdən qurbağa ilə dərsdə təcrübə keçirilməsi görüntülərinə REAKSİYA
"Canlılar üzərində təcrübələrin aparılması ictimaiyyət tərəfindən birmənalı qarşılanmır və hər zaman mübahisə doğuran məsələ olub. Lakin etiraf etmək lazımdır ki, bütün tətbiqi elmlər kimi, biologiya və tibb elmləri də eksperimentlər olmadan inkişaf edə bilməz".

Bu barədə Təhsil Nazirliyindən məsələyə münasibət bildirilib.

"Bununla belə, peşəkar müəllim hər hansı mövzunun dəqiq və əyani izahı məqsədilə belə təcrübələr apararkən (məsələn, VIII sinif biologiya dərsində "Mərkəzi sinir sistemi” mövzusunu öyrənərkən) şagirdlərlə müvafiq söhbət aparmağı da unutmamalıdır. Yəni şagirdlər aparılan eksperimentin elmə verdiyi töhfələri dərk etməklə yanaşı, canlılara qarşı mərhəmət və şəfqət hissini də itirməməlidir. "Siz nə hiss etdiniz?”, "Tibb elmi bu cür təcrübələr aparmadan inkişaf edə bilərmi?”, "Bunun alternativləri varmı?” kimi suallar mübahisəli məsələlərə diqqət çəkir, şagirdləri düşünməyə, yeni həllər axtarmağa, qəddarlıq etməməyə sövq edir"- açıqlamada qeyd edilib.

Qeyd edək ki, Ağdam rayon 71 nömrəli məktəbdə biologiya dərsi zamanı çəkilmiş görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri boğazı kəsilmiş qurbağa ilə dərsdə təcrübə keçirilməsinin doğru olmadığını yazıblar.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi