azia.az
azia.az

Məktəb direktorunun 352 minlik əmlakına həbs qoyuldu - ŞOK DETALLAR

30-03-2022, 08:44

Məktəb direktorunun 352 minlik əmlakına həbs qoyuldu - ŞOK DETALLAR
Külli miqdarda mənimsəmədə ittiham olunan 11 saylı internat məktəbinin direktoru Gülnarə Abdullayeva və digər şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Xəbər verilir ki , cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məktəb direktorunun 352 minlik əmlakına həbs qoyuldu - ŞOK DETALLAR
İş hakim Əhməd Quliyevin icraatına verilib.

Paytaxtın Bilgəh qəsəbəsində yerləşən 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbinin direktoru Gülnarə Abdullayeva, onun tədris işləri üzrə müavini Fəranə Əliyeva, müavin Namiq Kərimov, xidməti işçi Əliyev Əlipolad, katibə Fatimə Rzayeva və “Dostluq Servis” MMCnin baş direktoru Famil Miriyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. İş üzrə Təhsil Nazirliyi zərərçəkmiş qismində tanınıb. Əldə etdiyimiz məlumata görə, adı çəkilən şəxslərin hər biri polisin nəzarəti altına verməklə barələrində həbs-qətimkan tədbiri seçilib. Adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.

Onların iştirakı ilə Təhsil Nazirliyinə ümumilikdə 315 min 127 manat maddi ziyan vurulub. Dəyən ziyanın 49 mini nazirliyə ödənilib.

Bundan əlavə, direktor G. Abdullayevanın 352 min 779 manat dəyərində əmlakına həbs qoyulub. Həmin əmlakın bir ev və iki bağ sahəsindən ibarət olduğu bildirilir.

Qeyd edək ki, G. Abdullayev ötən ilin avqust ayında saxlanılıb. Baş Prokurorluğun yaydığı məlumata əsasən, aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Gülnarə Abdullayeva 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddətdə şəxsən və həmin məktəbin əməkdaşları vasitəsilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə faktiki olaraq işə gəlməyən müəllimlərin guya işə gəlməklə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi, gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi ilə onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsinə nail olmaqla 88 min 622 manat pul vəsaitini nağdılaşdıraraq mənimsəməsinə, vəzifə saxtakarlığına yol verərək səlahiyyətlərindən sui-istifadə edib. lent.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi