azia.az
azia.az

Nazir məktəbdə jurnalistin övladı ilə bağlı baş verən qalmaqala münasibət bildirdi

21-12-2021, 14:31

Nazir məktəbdə jurnalistin övladı ilə bağlı baş verən qalmaqala münasibət bildirdi
"Son zamanlar məktəblərdə baş verən xoşagəlməz halların biri ilə bağlı direktor səhvini qəbul edib və öz istəyi ilə işdən çıxıb. Bu da təqdirəlayiq haldır. Çünki bəzən səhvini qəbul etmək halı az olur".

Azia.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.


O bildirib ki, müəllim bilmədən oğlan şagirdini qız kimi təqdim edib: "İnanıram ki, bunu şagirdi alçatmaq üçün etməyib. Həmin müəllim illərin təhsil işçisidir və savadlı kadrdır. Səhvini etiraf etdi və töhmət də aldı. İzahatında da qeyd etmişdi ki, bilmədən saçının uzun olduğuna görə elə təqdim edibmiş. Həmin təhsil işçilərinə qarşı sərt cəza tədbirlərinin tətbiqi qəbul edilən deyil. Hər kəs səhv edə bilər. Əsas odur ki, səhvini qəbul edib üzr istəyə bilsin".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi