Azərbaycandakı erməni milli azlığa öz dilində tədris aparıla bilər? - RƏSMİ AÇIQLAMA
“Azərbaycanda bir çox milli azlıqların dilində tədris aparılır."
Ölkə.Az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, bu model Azərbaycanda yaşayan erməni milli azlığına da tətbiq edilə bilər.
Nazir bu məsələnin siyasi prosesin tərkib hissəsi olduğunu deyərək, hazırda bunun müzakirə edilmədiyini söyləyib.