Təhsil naziri fiziki məhdudiyyətli müəllimi sosial şəbəkədə blok etdi - FOTO
"Hörmətli cənab Emin Əmrullayev. Mən fiziki məhdudiyyətli gənc müəlliməyəm. Tezliklə əməliyyat olmalıyam. Sizdən xahiş edirəm, təhsil nazirliyi adından Heydər Əliyev Fonduna məktub göndərməklə gənc müəlliməyə dəstək olasınız”.
Redaktor.az xəbər verir ki, bu sözləri Bakı Mühəndislik Universitetinin kimya müəllimliyi ixtisasını bitirən və 2019-cu ildə MİQ (müəllimlərin işə qəbul) imtahanından 56 bal toplayaraq Zaqatala rayon Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbində işə qəbul olunan kimya müəllimi Elnarə Məhərrəmova tvitter hesabında yazıb.
Lakin nazir Emin Əmrullayev Elnarə Məhərrəmovanı tvitter shifəsindən blok edib.
Qeyd edək ki, Elnarə Məhərrəmova fiziki məhdudiyyətlidir.