azia.az
azia.az

Fransis Qardener-Trexo: “Naxçıvan və İngiltərə universitetləri arasında əlaqə yaratmaq istəyirik”

9-12-2021, 09:01

Fransis Qardener-Trexo: “Naxçıvan və İngiltərə universitetləri arasında əlaqə yaratmaq istəyirik”
“Bildiyimiz kimi, British Councilin ölkədəki əsas missiyalarından biri ingilis dilinin inkişafı və təbliğidir. Bu sahədə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə gələcəkdə hansı işlər görə biləcəyimizi də müəyyənləşdirdik. British Council olaraq ingilis dili tədrisinin aparılmasında daha çox onlayn vasitələrdən istifadəni təbliğ edirik və bunu müzakirələrimizdə də bildirdik. Çünki bu üsul müəllimlərin, şagirdlərin ingilis dili materiallarına əlçatanlığını daha çox asanlaşdırır. Gələcəkdə bu istiqamətdə birgə iş görməyi planlaşdırırıq”.

“Azia.az” xəbər verir ki, bu sözləri Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru Fransis Qardener-Trexo deyib.

“İngiltərənin təhsil sektoru dünyadakı aparıcı ölkələrin sıralamasında ilk yerləri tutur, beynəlxalq universitetlər arasında ilk 20-yə düşən ali məktəblərimiz var. Bu mənada, məqsədimiz odur ki, Naxçıvandakı universitetlərlə İngiltərədəkilər arasında beynəlxalq əlaqə yaradıb, həm tələbə mübadiləsi proqramı və həm də digər istiqamətlər üzrə hər iki tərəfə böyük töhfələr verək”, - Fransis Qardener-Trexo qeyd edib.

Naxçıvana ilk dəfədir səfər etdiyini deyən Britaniya Şurasının Azərbaycan üzrə direktoru qeyd edib ki, əlaqələr üçün əlverişli şərait var: “Əmin oldum ki, bərabər işləməyimiz, qarşılıqlı əlaqələrimiz üçün ayrı-ayrı sahələr üzrə gözəl imkanlar mövcuddur. Böyük Britaniya ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında daha uzunmüddətli və güclü münasibətlərin qurulacağına inanıram”.Report


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi