azia.az
azia.az

“SABAH.lab” Akselerasiya Mərkəzinin Bakı Ali Neft Məktəbinin tələbələri üçün təqdimatı (FOTO)

11-11-2021, 16:36


“SABAH.lab” Akselerasiya Mərkəzinin Bakı Ali Neft Məktəbinin tələbələri üçün təqdimatı (FOTO)
“SABAH.lab” Akselerasiya Mərkəzinin Bakı Ali Neft Məktəbinin tələbələri üçün təqdimatı (FOTO)

“SABAH.lab” Akselerasiya Mərkəzinin Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün təqdimatı keçirilib. Əvvəlcə qonaqlar Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovla görüşüblər. Ali Məktəb haqqında məlumat verən rektor bildirib ki, BANM yarandığı gündən tələbələr aktiv olaraq startap layihələr və proqramlarında iştirak edir və uğurlar qazanırlar. Eyni zamanda, onların layihələri nüfuzlu şirkətlər tərəfindən dəstəklənib. Bu Ali Məktəbdə tələbələrə yüksək səviyyəli təhsillə yanaşı onlara biznesyönümlü kreativ düşüncə tərzi də aşılanır.
“SABAH.lab” Akselerasiya Mərkəzinin Bakı Ali Neft Məktəbinin tələbələri üçün təqdimatı (FOTO)
Təqdimatda spiker qismində “IE Business School”un “Startapınızı genişləndirmək” kafedrasının dosenti Joe Haslam, sahibkar və Avropada bir neçə uğurlu startapın təsisçisi Nikita Pajanok və “SABAH.lab” Akselerasiya Mərkəzinin baş icraçı direktoru, sahibkar və Azərbaycanda bir sıra uğurlu startapın təsisçisi Rəhim Bayramlı çıxış ediblər.
Görüşlər zamanı Rəhim Bayramlı regionda startap ekosisteminin mövcud vəziyyəti haqqında məlumat verib və “SABAH.lab” Akselerasiya Mərkəzini təqdim edib. O vurğulayıb ki, ölkədə innovasiya potensialını artırmaq üçün görüşdə iştirak edən gənclər proqrama müraciət edərək sahibkarlıq istiqamətində ilk addımları atmağa başlaya bilərlər.
“SABAH.lab” Akselerasiya Mərkəzinin Bakı Ali Neft Məktəbinin tələbələri üçün təqdimatı (FOTO)
Joe Haslam “Startapınızı genişləndirmək” kursu və 2000-ci illərin əvvəllərində yaratdığı bir neçə uğurlu startap təcrübəsi haqqında danışıb. O, təkbaşına uğur qazanmağın çətin olduğunu və ekosistemin bir parçası olmağın daha çox şans yaratdığını vurğulayıb.
Nikita Pajanok akselerasiya mərkəzlərinin köməyi ilə ilk şirkətlərini qurmaq təcrübəsini və aldığı dəstəyin ilkin mərhələdə necə vacib rol oynadığını bildirib.

Görüşlər panel müzakirələri ilə davam edib və burada tələbələr spikerlərə maraqlı suallar ünvanlayıblar. Şirkətlərin necə qurulacağı, inkubatorun hansı dəstəyi göstərəcəyi və s. kimi suallar cavablandırılıb.

Qeyd edək ki, “SABAH.lab” Akselerasiya Mərkəzi Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ-nin nəzdində fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyəti iqtisadiyyatın müxtəlif sahələrində innovativ şirkətlərin yaradılması və inkişafına yönəlmiş startapların dəstəklənməsini əhatə edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi