azia.az
azia.az

Yoluxma sayının artması ilə əlaqədər universitetlər bağlanır?-AÇIQLAMA

15-10-2021, 16:05

Yoluxma sayının artması ilə əlaqədər universitetlər bağlanır?-AÇIQLAMA
Son günlər tələbələr arasında "COVID-19" xəstəliyinə yoluxanların sayı artır. Bir neçə gün öncə Sumqayıt şəhərində tələbə bu bəladan dünyasını dəyişib. Dünən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbənin virusa yoluxması xəbəri yayılıb. Bəs belə olan halda universitet və ya korpus bağlanmalıdırmı?

Məsələ ilə bağlı Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov açıqlama verib.

O, yoluxma zamanı universitetin və ya korpusun bağlanmasına ehtiyac olmadığını qeyd edib:

"Təbii ki, burada yanaşma iki formadadır. Orta təhsil məktəbi ilə ali məktəbə yanaşma tamam fərqlidir. Orta məktəblərdə şagirdlər bir çox hallarda yalnız bir sinifdə olurlar və oradan çıxmırlar. Eyni zamanda da evlərindən gedib-gəlirlər. Ali təhsil müəssisələrində isə məsələyə yanaşma tamamilə ayrıdır. Bizdə olan məlumata görə, Xarici Dillər Universitetində də belə hala yol verilib. Tələbələr arasında yoluxma halları müşahidə edilib və qrup bağlanib. Bu ünsiyyətdən, təmasdan asılıdır. Qərar qəbul edərkən baxmaq lazımdır ki, həmin tələbə kirayədə, yoxsa ailəsi ilə bərabər yaşayır?!

Digər tərəfdən isə, təhsil alan tələbənin auditoriyadakı sayına baxmaq lazımdır. Əgər tələbə sayı kifayət qədər çoxdursa, birmənalı şəkildə bütün fakültənin qapanmaya getməsinə ehtiyac var. Çünki bu, riskli bir məsələdir. Ünsiyyətin əhatə dairəsini yoxlamaq və ölçmək mümkün deyil. Amma universitetin ümumilikdə bağlanmasına və ya korpusun bağlanmasına ehtiyac yoxdur.

Nəzərə alsaq ki, 80-90 dəqiqə ərzində tələbə dərsdə olur, təmas edə biləcəyi cismləri müəyənləşdirdikdən sonra qərar qəbul edilir. Tələbənin bir və ya ikisi yoluxubsa, maksimum həmin qrupdan kənara çıxmağa ehtiyac yoxdur. Çünki həmin şəxsin qapıya toxunma ehtimalını hesablaya bilirik.

Bununla bağlı təkliflərimizi hazırlayıb vermişik ki, orta məktəblə müqayisədə, universitetdə vəziyyət fərqlidir. Yəni yoluxan şəxs ictimai nəqliyyatdan istifadə edib-etmədiyini, təmasda olduğu şəxsləri, əşyaları yoxlayıb araşdırdıqdan sonra qərar qəbul etmək mümkündür.

İndiki halda isə yalnız qrupla kifayətlənmək yetərlidir. Çünki hazırda mühazirə dərsləri onlayn da olur və dərslər ənənəvi qaydada davam edir.

Bu amil bizə onu deməyə əsas verir ki, yoluxma olan zaman yalnız həmin qrupu bağlamaqla 14 gün ərzində məsələnin həlli mümkündür. Daha geniş auditoriyanı əhatə etməyə ehtiyac yoxdur".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi