Azərbaycan məktəblərində yeni fənn tədris olunacaq– Foto
2021-2022-ci tədris ilindən 132 məktəbin V siniflərində pilot olaraq Təbiət fənni tədris ediləcək.
Təhsil naziri Emin Əmrullayev “Twitter” hesabında paylaşım edib.
Nazir bildirib ki, Təbiət fənlərinin inteqrativ tədris edilməsi beynəlxalq qiymətləndirmə tədqiqatlarında şagirdlərimizin nailiyyətlərinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir.(bizim.media)