Gəncə terrorunda valideynlərini itirən Sevil də tələbə adını qazandı
Vətən Müharibəsində Ermənistan ordusu tərəfindən Gəncəyə atılan raket nəticəsində valideynlərini itirən uşaqlardan biri Sevil Əliyeva tələbə adını qazanıb.![]()
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Məlumata görə o, Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olub.
Qeyd edək ki, Sevil Əliyeva valideynlərini 11 oktyabr 2020-ci il tarixində itirmişdi. //Qafqazinfo.az