Sentyabrın 4, 5 və ya 6-da... - DİQQƏT
Sentyabrın 4, 5 və ya 6-da... - DİQQƏT
“Kolleclərə ixtisas seçimi sentyabr ayının 4, 5 və ya 6-da aparıla bilər”.
Azia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə feysbukda canlı yayım zamanı II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında danışarkən bildirib.
O qeyd edib ki, indi ixtisas seçimi yalnız bakalavr üzrə ali təhsil müəssisələrinədir. Birinci mərhələnin ixtisas seçimi avqust ayının 30-da bitəcək. Ondan sonra nəticələr elan olunacaq. Daha sonra boş qalan yerlərə ixtisas seçimi elan olunacaq. İkinci mərhələ - kolleclərə ixtisas seçimi sentyabr ayının 4, 5 və ya 6-da aparıla bilər.