Laçında terrorçu Njdenin adını daşıyan məktəbin təmirinə başlanıldı?
Bu gün 4-cü ayı tamamlanan 10 Noyabr üçtərəfli razılaşmasına əsasən 1 dekabr 2020-ci il tarixdən Azərbaycan Respublikasının nəzarətinə qaytarılmalı olan Laçın rayonunun Rusiya hərbçilərinin nəzarətində qalmış Zabux kəndində hələ də sülənən ermənilər qanunsuz məktəblərini də təmir etməyə başlayıblar.
KONKRET.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlərlə yanaşı, “Armenpres” də məlumat yayıb.
Məktəbin qanunsuz direktoru Poqos Ağabekyanın sözlərinə görə, binanın su, kanalizasiya sisteminin və s. təmiri ilə yanaşı, onun ərazisində 30 yerlik uşaq bağçası da tikiləcək. Hazırda kənddə 17 bağça yaşlı uşaq və 34 məktəbli var. Müharibə zamanı Ermənistana köçən müəllimlərin 90 faizi qayıdıb.
Təhlükəsizliyin təmin olunması məsələsinə toxuna “məktəb direktoru” ilk növbədə yalnız kəndi abadlaşdırmaq yolu ilə onu erməni kəndi kimi saxlamağın mümkün olacağını vurğulayıb. Təhlükəsizlik problemlərini isə öz təşkilatçılıqları yolu ilə həll etməyə davam etdiklərini bildirib.
P.S. İnformasiyanın nə dərəcədə dəqiq olduğunu Rusiya sülhməramlıları daha yaxşı bilər…