Ali məktəblərdə yeni ixtisaslar yaradılır
"Çalışırıq ki, bir neçə istiqamətdə yeniliklər edək. İlk olaraq ölkə başçısının qarşımızda qoyduğu məqsədlərdən çıxış edərək yeni ixtisasların yaradılması gündəmdədir”.
Bunu təhsil naziri Emin Əmrullayev "Real Tv”-yə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, növbəti ildən "Sabah qrupları”nın magistratura səviyyəsində 7 yeni ixtisaslar olacaq:
"Bura kibertəhlükəsizlik, İT, kompüter elmləri, şəhərsalma və planlaşdırma ixtisasları daxildir. Bundan başqa, peşə təhsilinin nüfuzunun qaldırılması və insanlar üçün faydalı olması istiqamətində işlər davam etdiriləcək. Qısa müddətli kursların hazırlanması və yüksək peşə ixtisası olan modellər də hazırlanır.
Təxminən, 600 şagirdə sentyabr ayında yeni peşə ixtisasları təqdim ediləcək”.
E.Əmrullayev xatırladıb ki, 100 mindən artıq müəllimin elektron dərsi var və onları görmək mümkündür:
"Bütün olanları təhlil etsək ixtisasartırma təlimləri, müəllim hazırlığının yeni meyarları, şagirdlərin davranışını görmək imkanları var. Vətən müharibəsində qazanılan qələbə tədris sistemində yeni üfüqlər açır. Qələbədən sonra yeni nəslin hazırlanmasında bütün münbit şərait yaranıb”.