azia.az
azia.az

Azərbaycan Texnologiya Universitetinin qoçu rəhbərliyinin reket siyasətinə etiraz etdiyim üçün 11 aydır işsiz qalmışam-İDDİA

30-11-2020, 14:07

Azərbaycan Texnologiya Universitetinin qoçu rəhbərliyinin reket siyasətinə etiraz etdiyim üçün 11 aydır işsiz qalmışam-İDDİA
Teref.az yazır ki, saytımızın poçtuna Azərbaycan Texnologiya Universitetinin keçmiş işçisindən şikayət məktubu daxil olub. Məktubu bəzi ixtisarlarla oxuculara təqdim edirik:
"Gəncə Texnologiya Universitetində baş verən hadisələri düzgün və ətraflı qeyd etmisiniz. Bunun üçün də Sizə bir vətəndaş kimi dərin minnətdarlığımı bildirirəm. Allah haqqı , ədaləti müdafiə edən hər bir ziyalının elminə bərəkət versin. O cümlədən də Sizin. Amin!
Mən Şirinova Aygün Rafiq qızı.11.02.1977 ci ildə Gəncə şəhərində anadan olmuşam. Gəncə Dövlət Universitetini bitirmişəm. 22. 01. 2004 cü ildən başlayaraq 29. 12. 2019 tarixinə qədər Azərbaycan Texnologiya Universitetində kitabxanada qüsursuz xidmət etmişəm. Amma bu rəhbərliyin özbaşınalığı və reket fəaliyyətinə etiraz etdiyim üçün heç bir səbəb olmadan işdən azad edilmişəm.
Daha sonra şikayətçi Şirinova Aygün Rafiq qızı yazır ki, rektor Akif Süleymanovun özbaşınalıq və avtoritet siyasətindən ilham alan Universitetin hüquqşünası Məmmədov Müşfiq işçilərin hüququnu müdafiə etmək əvəzinə, işdən azad edilməsinə görə etiraz edən iş yoldaşım qadına qarşı (üzr istəyirəm) nalayiq küçə söyüşü təhqir etməkdən belə çəkinmədi. Bu barədə fakt var.
Mən Universitetin ''hüquqşünası ''Müşfiq Məmmədovun hərəkətinə etiraz olaraq onun iş yoldaşım olan Tamara xanımla olan dialoqunun səs yazısını onun özünə atıb, cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məmur özbaşınalığı haqqında dediklərini xatırlatdım. Mesajımı alan Müşfiq m isə heç bir narahatlıq keçirmədən cavab olaraq fikrini belə bildirmədi.
Bu gün də mən üzr istəyirəm, 3 övlad anası, ikisi məktəblidir (biri azyaşlıdır) Azərbaycan Texnologiya Universitetinin qoçu rəhbərliyinin reket siyasətinə etiraz etdiyim üçün 11 aydır işsiz qalmışam.
Universitetin özbaşınalığı bununla bitmir.
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi