Qazax Dövlət Sosial-İqtisadi Kollecind' qanunsuzluqlar,pozuntular, yeyintilər...... İTTİHAM
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin sabiq tədris işləri üzrə direktor müavini, təzyiqlərə məruz qaldığı üçün işdən öz ərizəsi əsasında istefa verən, bundan sonra onun barəsində aparılan qarayaxma kampaniyasına görə müraciət etdiyi heç yerdə işə qəbul edilməyən Nicat Göyüşov Kollecdə üzləşdiyi qanunsuzluqlar və ona olunan təzyiqlər, haqsızlıqlarla bağlı məsələləri ictimailəşdirməklə Przident İlham Əliyevin diqqətinə çatdırmaq istədiyini Azinforum.az-a bildirib. O bu qərara gəlməsində son dövrlərdə ölkə başçısının apardığı kadr islahatlarının, korrupsioner və rüşvətxor məmurlara qarşı aparılan sistemli mübarizənin rolu olduğunu deyir: “Əlimdə Qazax Dövlət Sosial-İqtisadi Kollecindəki özbaşınalıqları, ciddi qanun pozuntularını, yeyintiləri göstərən əsaslı faktlar, sübutlar var. Yaxşı olardı ki, həm Təhsil Nazirliyi, həm Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, həm də Rayon İcra Hakimiyyəti aparatında təhsil sektoruna cavabdeh olan şəxs onlarla tanış olmaq üçün maraq göstərərdilər. Çünki cənab Prezidentimizin apardığı şəffaf siyasətə kölgə salan bu cür şəxslərin fəaliyyətinə imkan vermək insanlar arasında dövlətə inamı sarsıdır, narazılığı artırır. Ölkə başçısı gecə – gündüz çalışıb xalqın güzəranını yaxşılaşdırmağa səy göstərir, qanunsuzluqlarla ciddi mübarizə aparır ki, demokratik quruluşda yaşadığının hər bir vətəndaş canlı şahidi olsun, bir qisim bu cür fəaliyyət yolunu tutan şəxslər də səlahiyyətlərindən başqa cür istifadə etməklə etiraz yaradırlar. Buna görə də hər birimiz cənab prezidentin ətrafında sıx birləşərək qanunsuzluğa qarşı birgə mübarizə aparmalı, dövlətimizin daha da möhkəmlənməsi, inkişaf etdirilməsi işində yaxından iştirak etməliyik”. Onu da qeyd edək ki, Nicat Göyüşov özünə məxsus facebook profilində Qazax Dövlət Sosial-İqtisadi Kollecində baş verən qanunsuzluqlara aid faktlar paylaşıb məsələni ictimailəşdirir və bu yolla problemi ölkə rəhbərliyinin diqqətinə çatdırmaq istədiyini deyir. O, Kollecdəki özbaşınalıqların qarşısını almaq üçün cənab Prezidentin dəstəyini alacağına ümid edir.
Azinforum.az