Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılıb -CƏDVƏL
2019-2020-ci tədris ilində ali məktəblərdə dövlət sifarişli yerlərin sayı açıqlanıb. Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, bu il I-V ixtisas qrupları üzrə ali məktəblərə ayrılan dövlət sifarişli yerlərin sayı 20189-dur. 2018-ci illə müqayisədə dövlət sifarişli yerlərin sayı 7985 və ya 65.43 % artırılıb.