azia.az
azia.az

Azərbaycanlı zəvvarlar üçün ayrılan yerlərin sayı azaldılıb

2-05-2016, 18:45

Azərbaycanlı zəvvarlar üçün ayrılan yerlərin sayı azaldılıb Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlərin sayı azaldılıb.
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, zəvvarlar üçün ayrılan yerlərin sayı 1500-dən 1040-a endirilib. Ayrılan 1040 yerdən 600-ü nisbətən şəraiti zəif olan ziyarət xidməti üçün, 440-ı isə VİP ziyarət xidməti üçün nəzərdə tutulur.
Kvotanın endirilmə səbəbi açıqlanmasa da, bildirilir ki, ayrılan yerlərdən artıq müraciət olduğu halda, əlavə yerlərin alınması gözləniləndir. Xatırladaq ki, bu say ötənilki kvotadan 4 dəfə azdır.
Aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, 4 nəfərlik otaqlarda yerləşmək üçün 4500 dollar, nisbətən ucuz, 6 nəfərlik otaqlarda qalmaq üçün isə 3500 dollar tələb olunur. Dolların məzənnəsinə görə builki ziyarət xərcləri ötən illə müqayisədə bahadır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi