"Sabah Təzəpir məscidində 3 mərasimi veriləcək" - Şəhriyardan Kraliça ilə bağlı PAYLAŞIM
"Sabah Təzəpir məscidində 3 mərasimi veriləcək" - Şəhriyardan Kraliça ilə bağlı PAYLAŞIM
Xəbər verdiyimiz kimi, dünən Böyük Britaniyanın Kraliçası II Elizabet 96 yaşında vəfat edib. Bu səbəbdən hətta Azərbaycanda belə, bir çoxları üzüldüklərini bildirərək hadisəni müzakirə ediblər.
BiG.AZ xəbər verir ki, aparıcı Şəhriyar Əbilov Kraliçanın ölümünə aşırı dərəcədə diqqət yönəldib "yasa bürünən"ləri tənqid edərək "İnstagram" səhifəsinin "Hekayələr" bölməsində zarafatca paylaşım edib.
Belə ki, aparıcı II Elzabetin fotosunu paylaşaraq, üzərinə bu sözləri yazıb:
"Sabah Təzəpir məscidində 3 mərasimi veriləcək. Təkcə bu qalmışdı, bunu da mən yazım. Azərbaycan sosial şəbəkə istifadəçiləri Elizabetə elə yas tuturlar ki, elə bil, nənələri ölüb".