Deputat: “Pərvin Abıyeva ilə sevgili olma xəbərini Milli Şura yayıb”
“Tik Tok” və digər sosial şəbəkələrdə aktrisa Pərvin Abıyeva ilə millət vəkili Cavid Osmanovun sevgili olması barədə yayılan məlumatlar qalmaqala çevrilib.
Millət vəkili haqqında yayılan məlumatların pərdəarxasını Yenisabah.az-a açıqlayıb. O, bu məlumatların həqiqəti əks etdirmədiyini və qarayaxma olduğunu bildirib:
“Bildiyiniz kimi qarşı tərəf (oxu: Pərvin Abıyeva) bunu iddiaları cavablandırıb. Azərbaycana qarşı fəaliyyət göstərən, ölkədə qarışıqlıq salmaq istəyən qaragüruhçuların ortaya atdığı əsassız iddialardır”.
Millət vəkili bu iddiaları kimlərin mediaya buraxdığını da açıqlayıb: “Bu məlumatlar birbaşa olaraq Milli Şuranın üzvləri tərəfindən ortaya atılıb. Onlar hər addımlarında Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələrdir”
Deputat bu kampaniyanın səbəbindən də danışıb: “Bilirsiniz, onlar haqqında son zamanlar çox kəskin yazılar yazmağım onları bu addımı atmağa vadar edib. Mən antimilli qüvvələrə qarşı hər zaman mübarizə aparmışam, yenə də mübarizə aparacağam. Daxilimizdə olan erməniyə xidmət edən müxalifət qüvvələr və bloggerlər haqqımda qarayaxma apararaq boş-boş işlərlə məşğuldurlar. Bir daha bəyan edirəm, bu yayılan məlumatlar cəfəngiyyatdır, belə bir xəbərin doğru olması mümkün deyil.”