azia.az
azia.az

Açıq-saçıq geyim, 30 milyon dollarlıq boyunbağı... - "Altın Kelebek"də nələr oldu? - VİDEO

6-12-2021, 12:54

Açıq-saçıq geyim, 30 milyon dollarlıq boyunbağı... - "Altın Kelebek"də nələr oldu? - VİDEO
Bu il Türkiyədə televiziya və musiqi dünyasının ən yaxşılarının seçildiyi 47-ci "Altın Kelebek" mükafatlarının təqdim etmə mərasimi keçirilib. Möhtəşəm tədbirdə azərbaycanlı müğənni Nahidə Babaşlı "Azərbaycanın gənc ulduzu" nominasiyasında qalib olaraq "Altın Kelebek" mükafatına layiq görülüb.

BAKU.WS xəbər verir ki, ötən gün Türkiyədəki “Zorlu PSM”də baş tutan möhtəşəm, rəngarəng görüntülərlə yadda qalan gecənin əsas aparıcıları Cem Davran və Çağla Şikel olublar. Reytinqli layihələrdən olan “Camdakı kız” ”Ən yaxşı serial” nominasiyasında qalib olub. Mükafatın təqdim edilməsi zamanı ekran işinin aktyor və rejissor heyəti səhnəyə dəvət olunub.

Açıq-saçıq geyim, 30 milyon dollarlıq boyunbağı... - "Altın Kelebek"də nələr oldu? - VİDEO
Gecənin ən çox danışılan və müzakirələrə səbəb olan məşhuru “Sadakatsiz” serialının aktrisası Melis Sezer olub. “Pantenlə ulduzu parıldayanlar” nominasiyasında qalib olan Melis geyimi və çıxışı ilə sözün əsl mənasında rezonans doğurub. Dərin sinə dekoltesi ilə diqqət çəkən Sezen "Altın Kelebey"i alarkən davranışları və danışığı ilə hər kəsin təəccübünə səbəb olub. Aktrisanın libasını tamamlamaq üçün taxdığı "Tiffany-Co" markasına məxsus boyunbağısının qiyməti 30 milyon dollar olub.

“Bunu tuturam, çünki hazırda əlimdədir. Çox həyəcanlıyam. Belə olmağıma baxmayın. Artıq səhnədən enməliyəm”, - deyən Sezerin bu qeyri-adi çıxışı sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə mövzusu olub.

Açıq-saçıq geyim, 30 milyon dollarlıq boyunbağı... - "Altın Kelebek"də nələr oldu? - VİDEO
Artıq bir neçə ildir Türkiyədə yayımlanan və dəfələrlə izlənmə rekordu qıran “Masumlar apartmanı” serialının aktrisaları Ezgi Mola və Merve Dizdar “Ən yaxşı aktrisa” nominasiyasında mükafata layiq görülüblər.

Açıq-saçıq geyim, 30 milyon dollarlıq boyunbağı... - "Altın Kelebek"də nələr oldu? - VİDEO
“Ən yaxşı aktyor” kateqoriyasında isə türkiyəli aktyor Çağlar Ertuğrul "Altın Kelebek" alıb.

Açıq-saçıq geyim, 30 milyon dollarlıq boyunbağı... - "Altın Kelebek"də nələr oldu? - VİDEO
47-ci "Altın Kelebek"in ən zövqsüz libasını aktrisa Ahsen Eroğlu geyinib. Ahsen geyiminə görə böyük qınaq obyektinə çevrilib.


Açıq-saçıq geyim, 30 milyon dollarlıq boyunbağı... - "Altın Kelebek"də nələr oldu? - VİDEO
Türkiyəli aparıcı Müge Anlı gecədə iki "Altın Kelebek" alıb. O, "Ən yaxşı qadın aparıcı" və "İlin ən yaxşı proqramı" nominaaiyalaraında qalib olaraq iki müfafata layiq görülüb.


Açıq-saçıq geyim, 30 milyon dollarlıq boyunbağı... - "Altın Kelebek"də nələr oldu? - VİDEO
Son zamanlar şəxsi həyatı ilə gündəmə gələn müğənni Hadisə də mükafatlandırma mərasiminə iş adamı sevgilisi Mehmet Dinçerlerle qatılıb. “Ən yaxşı qadın ifaçı” nominasiyasında qalib olan sənətçi "Altın Kelebek"i almaq üçün səhnəyə çıxıb. Hadisə müfafatından çox sevgilisi haqqında səsləndirdiyi xoş sözlərlə yadda qalıb.

“Bu gecə ən çox sevdiklərim yanımdadır. Sevgilim Mehmet. Bütün gecə əlimi tutdu. Təşəkkür edirəm” deyərək Hadisə bildirib. Daha sonra Dinçerler mükafat alan sevgilisinə səhnədən enməyə kömək edib.


Açıq-saçıq geyim, 30 milyon dollarlıq boyunbağı... - "Altın Kelebek"də nələr oldu? - VİDEO
Səs-küylü mükafatlandırma mərasimi "Altın Kelebek"də zövqsüz geyinən məşhurlar olsa da, dəb yarışına çıxanlar da az olmadı. Onlar bir-birindən bahalı və bər-bəzəkli libasları ilə gecədə göz qamaşdırdılar.



Açıq-saçıq geyim, 30 milyon dollarlıq boyunbağı... - "Altın Kelebek"də nələr oldu? - VİDEO
Açıq-saçıq geyim, 30 milyon dollarlıq boyunbağı... - "Altın Kelebek"də nələr oldu? - VİDEO
Açıq-saçıq geyim, 30 milyon dollarlıq boyunbağı... - "Altın Kelebek"də nələr oldu? - VİDEO
Açıq-saçıq geyim, 30 milyon dollarlıq boyunbağı... - "Altın Kelebek"də nələr oldu? - VİDEO




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi