Azia.az xəbər verir ki, Müğənni Xatirə İslam "Altın Kelebek" mükafatlandırma mərasimində hörmətsizliklə üzləşib
Bu barədə ifaçı özü məlumat verib. O bildirib ki, onun ifası yarımçıq kəsilərək yerinə reklam verilib:
"Murad Dadaşovun işçiləri mənə dedi ki, Xatirə xanım, axıra kimi gəlməlisiniz. Onda axıra kimi də gələrdiniz də, bu qədər də hörmətsizlik eləmək olmaz axı. Hörmətli "M Group" və onun çox hörmət etdiyim əməkdaşları, mən ora lazım idimsə, niyə mənim ifamı kəsib, efirdə hansısa reklam verilib? Yox, əgər lazım deyildimsə, onda niyə mənə bu qədər zəng edib dəvət edirdiniz? Bu gün mənə düz 4 dəfə zəng etmisiniz. Mən də saat 1-dən gözəllik salonundayam. Niyə mən öz körpəmə, həyat yoldaşıma ayırdığım vaxtı sizə verməliyəm? Siz də onun müqabilində belə hörmətsizlik eləməlisiniz? Bu nə deməkdir? Mən heç bilmirəm bu kimin günahıdır. Efirinmi, yoxsa, təşkilatçılarınmı? Buna nə ad vermək olar?".
Sənətçi 40 dərəcə qızdırma ilə səhnəyə çıxdığını qeyd edib:
"Deyə bilərdim ki, xəstəyəm, özümü pis hiss edirəm. Gəlməyə bilərdim. Öldürməyəcəkdiniz ki məni. Amma mən onu eləmədim, özümü, ailəmi pis vəziyyətə qoydum, gəldim konsertə. Övladım ac qalıb bu gün. Amma mən söz vermişdim. Gəldim. Şərt o deyil ki, bilet satdınız, adam yığdınız konsertə. Belə proyekt eləmirlər. Yenə deyirəm, Murad Dadaşova söz vermişdim, getdim. Yoxsa, mən elə yerlərdən yüksək qonorar alıram. Mənim nə işim var gecə klublarında".