azia.az
azia.az

Bill Qeyts qızına müsəlman adəti ilə 2 milyonluq toy etdi - FOTOLAR

18-10-2021, 12:55

Bill Qeyts qızına müsəlman adəti ilə 2 milyonluq toy etdi - FOTOLAR
“Microsoft” şirkətinin sahibi, milyarder Bill Qeytsin böyük qızı Cennifer sevgilisi Nael Nassara ərə gedib.

Qərb mətbuatının yazdığı məlumata görə, cütlüyün toyu iki gün davam edib. Onlar müsəlman adət-ənənələri ilə nikah bağlayıb. Buna səbəb Naelin əslən misirli olması olub.

Mərasim Nyu-Yorkda Qeyts ailəsinə məxsus malikanəsinin bağçasında baş tutub. Toyun ikinci günündə 300 qonağın qatıldığı şənlik təşkil edilib. Məclis müsəlmanların müqəddəs günü sayılan cümə günü keçirilib.

Toy cütlüyə təxminən iki milyon dollara başa gəlib. Gizli təşkil olunan mərasim paparatsilərin obyektivinə uzaqdan da olsa tuş gələ bilib.

Qeyd edək ki, Bill Qeytslə 2 ay bundan əvvəl 27 illik həyat yoldaşı Melinda Qeytsdən boşanıb. İkilinin 3 övladı var.

Bill Qeyts qızına müsəlman adəti ilə 2 milyonluq toy etdi - FOTOLAR
Bill Qeyts qızına müsəlman adəti ilə 2 milyonluq toy etdi - FOTOLAR
Bill Qeyts qızına müsəlman adəti ilə 2 milyonluq toy etdi - FOTOLAR
Bill Qeyts qızına müsəlman adəti ilə 2 milyonluq toy etdi - FOTOLAR
Bill Qeyts qızına müsəlman adəti ilə 2 milyonluq toy etdi - FOTOLAR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi