azia.az
azia.az

Azərin göz yaşları içərisində qardaş Türkiyəyə təşəkkür etdi

1-10-2020, 16:05


Azia.az təqdim edir; Türkiyədə yaşayan məşhur azərbaycanlı ifaçı Azərin sosial şəbəkədə videomüraciət yayaraq, cəbhədə gedən qızğın döyüşlərdən danışıb, 6 kəndimizin işğaldan azad olunmasını sevinc göz yaşları içərisində qeyd edib. O, daha sonra Türkiyə dövlətinə və xalqına göstərdikləri birliyə görə təşəkkür edib:

“Allah ordumuza güc versin. Azərbaycanın yanında olan Türkiyədən, “Qardaşlarımızla çiyin-çiyinə doyüşmək istəyirəm” deyən qardaşlarımız, Allah sizdən razı olsun. Azərbaycanın təkbətək Ermənistanı yıxma gücü var.

Gözəl xəbər aldıq ki, 6 kəndimiz işğaldan azad olunub. Göz yaşlarıma hakim ola bilmirəm. Bunlar sevinc göz yaşlarıdır. Şəhidlərimizin ruhu şad olsun! Qəzan mübarək, Azərbaycan!”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi