azia.az
azia.az

Çılpaq halda küçədən tapılan 4 yaşlı Yağmurun anası - “Onu sevgilim döyüb...”

20-05-2017, 15:05

Çılpaq halda küçədən tapılan 4 yaşlı Yağmurun anası - “Onu sevgilim döyüb...”



“Yağmuru onun anasının sevgilisi döyüb.”

“Qafqazinfo” xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə bir neçə gün bundan öncə zorakılığa məruz qalan 4 yaşlı Yağmurun döyülməsinə münasibətində deyib.

Onun sözlərinə görə, Yağmurun anası onu qəsdən atdığını dilə gətirib: “Yağmurun atasının kimliyi hələ bilinmir. Anası ilə Sabirabad rayonundandır. Yetkinlik yaşına çatanda kənddən Bakıya gəlib. Anasından soruşanda dedi ki, hansısa bazarda işləyir. Yağmur təsadüfi münasibətdən dünyaya gəlib. Anası deyir ki, “hamilə olduğumu biləndə münasibət qurduğum kişiyə dedim. O, mənə pul verdi ki, get bu uşağı götüzdür, onun dünyaya gəlməsini istəmədi. Mən isə onu doğacağıma qərar verdim.” Bax beləcə Yağmur doğulub. Nə ananın sənədi var, nə balanın. Bundan əlavə, hər ikisində psixoloji problemlər var. Uşağın anası deyir ki, Yağmuru həmin günü nənəsinin yanına aparıb. Lakin anası ilə arasında dava olduğundan qadın, Yağmuru ona təhvil verməyib, qapının ağzında qoyub. Ekspertlər ona sual verdilər ki, axı niyə Yağmuru atmısınız? O, da cavabında “yaxşı eləmişəm, özüm bilərəm” deyə bildirdi.”

Kamalə Ağazadə Yağmurun uzun müddətdir ki, baxımsız qaldığını və onun-bunun yanında böyüdüyünü vurğulayıb: “Ana uşaq vaxtından aldığı psixoloji travmaları bu gün öz övladına yaşadır. Qadında çatışmazlıqlar çoxdur. Qəribə xasiyyəti və zərərli vərdişləri var. Dəfələrlə özünə xəsarətlər yetirib. Deyəndə ki, niyə belə etmisən, cavabında “hirslənmişdim, etdim, sizə nə” deyir. Hazırda həkimlər tərəfində müayinədən keçirilir. Təhqiqat gedir, yəqin ki, uşaq ona verilməyəcək. O, sığınacağa gələndə Yağmurla görüşdü. Yağmur çox narahat oldu, ağlayırdı, güclə sakitləşdirdik. Gedəndə isə Yağmuru ona göstərmədik. Uşaq baxımsız böyüyüb, günlərlə qapı arxasında tək qalıb. Yeməyini verib, qapını bağlayıb gedirmiş.”

Sədr Yağmurun dəfələrlə zorakılığa məruz qaldığını deyib: “Anası deyir ki, sevgilisi Yağmuru dəfələrlə döyüb. Hətta bundan bir ay əvvəl onu elə döydü ki... Dillənməyə məcbur oldum. Sevgilimə dedim ki, bir də onu döysən səni polisə verəcəm. Bu uşağı döyən sevgili də nəqliyyat sistemində avtobusda sərnişin haraylayır. Hardasa “Avtovağzal” tərəfdə. Biz ondan sevgilisinin Yağmuru bu hala salmasının səbəbini soruşduq. Dedi ki, “sevgilim Yağmurla böyük kimi rəftar etmək istəyir”. Onun ixtiyarı çatmır ki, uşağı döysün. Hətta anası da heç kəsdən qorxmur. Deyir ki, “kimsə mənə nəsə edə bilməz, uşağımı isə əlimdən ala bilməzlər.” Mən də onun bu sözündən sonra əsəbiləşdim. Dedim ki, sübut elə ki, bu uşaq sənindir. Heç birinin sənədi yoxdur. Əlbəttə ki, uşaq onundur. Amma biz bu gün belə vəziyyətdə olan qadınların üstünə getməklə heç nə əldə edə bilməyəcəyik. Ona dəstək olmalıyıq.”

Xatırladaq ki, bir neçə gün öncə zorakılığa məruz qalaraq çılpaq vəziyyətdə küçədən tapılan Yağmur hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Uşaqlar Birliyinə gətirilib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi