Məlum olduğu kimi, artıq xeyli vaxtdır ki, ölkədə banklar buraxılış ili köhnə olan dollarlıq əskinasları qəbul etməkdən imtina edirlər. Son vaxtlar vətəndaşlar tərəfindən belə şikayətlərin sayı çoxalıb.
Məsələyə münasibət bildirən hüquqşünas Əkrəm Həsənov Bakupost.az -a deyib ki, buraxılış ilindən asılı olmayaraq, ABŞ dolları, funt sterlinq qanuni ödəniş vasitəsidir.
Məsələn, Avropanın özündə ödəniş üçün qəbul edilməyən və yalnız banklarda dəyişdirilə bilən 500 avroluq əskinasdan fərqli olaraq, dollar və funt sterlinqlə bağlı belə bir problem yoxdur - onlar həmişə ödəniş üçün qəbul edilir. Əgər əskinas bütövdürsə, zədələnməyibsə, banklar, adətən onu qəbul etməkdən imtina etmirlər:
“Buraxılış ili köhnə olan dollar qüvvədən düşmür, yeni dollarla eyni alış gücünə malikdir”.
Sevinc