azia.az
azia.az

Sığorta şirkətlərinin özbaşınalığı barədə AÇIQLAMA

15-01-2024, 17:07

“Yaşından, mühərrikinin gücündən və həcmindən asılı olmayaraq bütün avtomobillər sığortalanmalıdır. Müqavilədən imtina qanunsuzdur. Bu kimi hallarda sığorta şirkətinin lisenziyasının geri alınması tələbi qoyula bilər”.

Bu sözləri KONKRET.az-a açıqlamasında bəzi sığorta şirkətlərinin köhnə avtomobilləri sığortalamaqdan yayınmasına münasibət bildirərkən hüquqşünas Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, qüvvədə olan “İcbari sığorta haqqında” qanuna görə, bütün mexaniki nəqliyyat sahiblərinün mülki məsuliyyətinin icbari sığortası məcburidir:

“Son vaxtlar sürücülər şikayət edirlər ki, mühərrikin iş həcmi kiçik olan avtomobilləri, eləcə də taksi fəaliyyətində istifadə olunan bəzi nəqliyyat vasitələrini sığortalamaqdan imtina edirlər. Bu, birmənalı şəkildə özbaşınalıq və qanunsuzluqdur”.

Vaqif Nəcəfov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi