Azərqazın 12 qəpiklik limit fırıldağı
Xəbər verdiyimiz kimi 2024-cü ilin yanvar ayının 1-dən etibarən qaz sayğaclarının limiti sıfırlanıb.
Bununla bağlı əhalidə bəzi suallar yaranır. Qazın qiyməti və limiti ilə bağlı Oxu24.com əhali üçün məlumatı təqdim edir: Tarif Şurasının qərarına əsasən, 2021-ci ilin noyabr ayından əhali üzrə istehlak edilən qazın 1200 kub metrə olan hissəsi üçün 1 kub metr üçün 12 qəpik, 1200 - 2500m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyən olunub.