azia.az
azia.az

""Kapital Bank" müştərinin hesabından pulu silir, hətta..."

10-07-2023, 14:35

""Kapital Bank" vergidən daxil olan sorğu əsasında nəinki müştərinin hesabından pulu silir, hətta..." 


Banklar arasında inteqrasiya həm var, həm də yoxdur? Təsəvvür edin ki, siz hansısa bankdan kredit alırsınız. Dərhal banklararası kommunikasiya işə düşür, sizin digər banklardakı kredit tarixçəniz haqqında, bütün nəsil-nəcabətiniz haqqında məlumat mübadiləsi aparılır, dövlətin digər datalarına sizin haqqınızda sorğular göndərilir, sizin haqqınızda banklarda olan bütün data bir anda bir yerə toplanır. Yəni bank özünü, öz pulunu sığortalamaq üçün bütün mümkün olan və olmayan addımları atır.

Xəbərə görə, bunu ekspert Osman Gündüz bildirib.

"İndi təsəvvür edin ki, müştərisi olduğunuz bank özünün deyil, sizin pulunuzla bağlı qərar verməlidir. Məsələn, sizin vergi borcunuzla bağlı Dövlət Vergi Xidmətindən bankınıza daxil olan sorğuyla bağlı qərar verməlidir. Bankınız dərhal, heç bir araşdırma etmədən, sizin hesabınız olan (ola biləcək) digər bir banka sorğu filan göndərmədən, bu vergini digər bir bankınız vasitəsilə ödədiyinizi araşdırmadan, hesabınızdan bir anda pulu silir. Eyni addımı, hesabınız olan digər bank da atır, o da dərhal, sorğu-sualsız, hesabınızdan vəsaiti vergiyə yönəldir. Yəni, nə qədər hesabınız varsa, o qədər də vergi ödənişləri reallaşır. Hətta bununla da, bu cür anormal vəziyyət bitmir.
"Kapital Bank" bu sahədə daha "irəliyə" gedib və "innovativ" həllər kəşf edib. Bu bank vergidən daxil olan sorğu əsasında nəinki müştərinin hesabından pulu silir, hətta eyni anda onun bu hesaba bağlı olan kartından da həmin vəsaiti vergiyə yönəldir. Bu da bizim ən öndə gedən bankların innovativliyi və rəqəmsal bankçılığı... Ümid edirəm Mərkəzi Bank, Banklar Assosiasiyası baş verənlərin fərqindədir", - O.Gündüz bildirib. Pravda.az





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi