azia.az
azia.az

Qəsəbələrə su nə üçün qrafiklə veriləcək? (RƏSMİ)

22-02-2023, 13:20

"Bu ilin payız və qış mövsümündə yağıntıların miqdarı ötən illə müqayisədə təxminən iki dəfə az düşüb. Ceyranbatan hövzəsində su ehtiyatları kifayət qədər olsa da, Taxtakörpüdə daha çox azalıb".

Bu sözləri İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olan “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

O əlavə edib ki, 2020-ci ildə su ehtiyatlarından səmərəli istifadə ilə bağlı su komissiyası yaradılıb: "Bütün aidiyyəti qurumlar və baş nazirinin müavinin rəhbərliyi ilə komissiyanın son səfəri şimal bölgəsinə olub. Məlum oldu ki, Samur çayında sululuq iki dəfə azalıb. Taxtakörpü su anbarında isə ötən illə müqayisədə 3,5 dəfə az su var. Buna görə, komissiya qərar verib ki, mənbələrdən götürülən suyun həcmi azaldılsın".



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi