azia.az
azia.az

“Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

14-11-2022, 16:33



Uğurlu fəaliyyəti ilə respublikamızın ictimai-sosial həyatında tanınan “Sosial Dövlət Naminə” İctimai Birliyi növbəti tədbirini də bölgədə - Siyəzən rayonunda  reallaşdırdı.

Sosialdovlet.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində “Sosial Dövlət Naminə” İctimai Birliyinin həyata keçirdiyi ikiaylıq “Azərbaycan sosial dövlətə doğru” mövzusunda layihəsi Şimal bölgəsinin ictimaiyyəti üçün təşkil edildi. Təqdimat və ictimai müzakirə formasında təşkil olunmuş tədbir Siyəzən sakinlərinin böyük marağına səbəb oldu.
 
14 oktyabr  2022-ci il tarixində “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, "Azərbaycan sosial dövlətə doğru” layihəsinin rəhbəri Faiq Əhmədovun başçılığı ilə layihə komandası fəaliyyət planına uyğun olaraq, Siyəzən rayonuna səfər etmişdir.
 
Siyəzən rayon Mədəniyyət İdarəsinin akt zalında təşkil olunan tədbirdə Bakıdan gələn qonaqlarla yanaşı, Siyəzən rayon Mədəniyyət İdarəsinin direktoru Ziyadə Dadaşova, İctimai Birliyin Rayon Qadınlar Şurasının sədri şəhid Saatmirzə Əzimovun anası Xatirə Əzimova, İctimai Birliyin fəxri üzvü əməkdar artist Mehriban Xanlarova, rayon ictimaiyyətinin, rəhbərlikdə təmsil olunan şəxslərin, həmçinin QHT-nin üzvləri, ictimai fəallar, qazilər, şəhid anaları və onların ailə üzvləri digər kateqoriyadan olan vətəndaşlar fəal iştirak edirdi.
 
“Sosial Dövlət Naminə” İctimai Birliyinin, "Azərbaycan sosial dövlətə doğru” layihəsinin  Siyəzən rayonunda keçirilən tədbirində layihə tanıtımı, kitab və buklet təqdimatı geniş ictimai müzakirəyə səbəb oldu.

Tədbiri “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədr müavini, “Azərbaycan sosial dövlətə doğru" kitabının redaktoru, şair-publisist Rauf İlyasoğlu açaraq hər kəsi salamladıqdan sonra Dövlət himni səsləndirildi.

Vətənimizin azadlığı uğrunda, ərazi bütövlüyümüzü qoruyarkən canını fəda etmiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi.
   
Rauf İlyasoğlu təşkilatın həyata keçirdiyi layihəsi barədə və eyni zamanda iştirakçılara təqdim edilən məlumatlandırıcı nəşrlər – kitabça və buklet haqqında  geniş məlumat verdi.

Sonra cıxış üçün sözü “Sosial Dövlət Naminə” İctimai Birliyin sədri, “Azərbaycan sosial dövlətə doğru" layihəsinin rəhbəri Faiq Əhmədova verildi.

Sədr öz çıxışında “Sosial Dövlət Naminə” İctimai Birliyinin son iki ildə gördüyü işlər haqqında iştirakçılara geniş məlumat verdi. Natiq bildirdi ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində müxtəlif istiqamətdə apardığımız geniş fəaliyyətin ictimai əhəmiyyəti çox yüksəkdir. Şəhid və qazi ailə üzvlərinin qarşısında duran problemlərin həllində dövlətimizin həyata keçirdiyi proqramları hər zaman dəstəkləyirik.

Sosial sahədə Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasətini davam etdirən dövlət başçımız İlham Əliyevin həyata keçirdiyi proqramları xüsusi olaraq yada salmaq istəyirəm. Bir İctimai Təşkilat olaraq hər zaman Prezident İlham Əliyevin sosial sahələrdə gerçəkləşdirdiyi siyasəti dəstəkləyirik.


Təşkilatımızın üzvlərinin əsas hissəsi şəhid anaları, onların ailə üzvləri, qazilər və keçmiş hərbiçilərdir.

Hər zaman çalışırıq onların qayğısına qalaq. Bu istiqamətdə həyata keçirdiyimiz tədbirlər zamanı əldə etdiyimiz təcrübələr bu layihəni həyata keçirən zaman bizim işimizə yararlı oldu.

Daha sonra “Sosial Dövlət Naminə” İctimai Birliyin İdarə Heyətinin üzvü, qazi Saleh Hacıyev,  Siyəzən rayon Təşkilatının Qadınlar Şurasının sədri Xatirə Əzimova, “Sosial Dövlət Naminə” İctimai Birliyinin fəxri üzvü əməkdar artist Mehriban Xanlarova, rayonun ictimaiyyət nümayəndələrindən Nailə İsbatova və digər vətəndaşlar söz alaraq belə bir aktual layihəni dəstəklədiklərini bildirdilər.

Çıxışçılar vətəndaş və  dövlət qurumlarının nümayəndələri arasındakı sivil münasibətlərə, sosial sahədə ölkədə görülən böyük işlər, qəbul edilən proqramlar, yeni imkanlar, həmçinin yaradılan şəraitdən faydalanma yolları haqqında geniş informasiyaları iştirakçılarla bölüşdülər.

Eyni zamanda Siyəzən rayon sakinlərinin sualları cavablandırıldı, ictimaiyyətlə geniş fikir mübadiləsi aparıldı.

Tədbirdə layihə üzrə 50  nəfər vətəndaşın iştirakı nəzərdə tutulsa da, 100 -nəfərə yaxın rayon sakini iştirak edirdi.

Sonda xatirə şəkilləri çəkildi, paylanma materialları, kitabçalar və bukletlər iştirakçılara hədiyyə olundu.


İlahə Məmmədova, 

"Sosial Dövlət Naminə" İctimai Birliyinin,
İctimaiətlə Əlaqələr şöbəsinin müdiri


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi