Azərbaycanda əhaliyə veriləcək pulun məbləği 50 faiz artır - Yanvarın 1-dən...
Azərbaycanda uşağın anadan olmasına görə verilən müavinətin artırılması təklif edilir.
Azia.az xəbər verir ki, bu barədə Hesablama Palatasının DSMF-nin gələn il üzrə büdcəsi ilə bağlı rəyində qeyd olunub.
Bildirilib ki, Hesablama Palatası rəyində əvvəlki illərin icra göstəricilərinin təhlilinə əsaslanaraq növbəti ildə müavinət məbləğlərində dəyişiklik edilməyəcəyi halda uşağın anadan olmasına və 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar müavinətlər üzrə nəzərdə tutulmuş vəsaitin məbləğinə yenidən baxılmasını tövsiyə edib.
Xatırladaq ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanına dəyişiklik edilməsi barədə” 2021-ci il 20 dekabr tarixli 1496 nömrəli Fərmanına əsasən uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği cari ilin 1 yanvar tarixindən 50% artırılaraq 300 manata çatdırılıb.